Ana Sayfa > Dünya > Türkiyənin Aİ-yə üzvlük prosesindən siyasi material kimi istifadə olunur -

Türkiyənin Aİ-yə üzvlük prosesindən siyasi material kimi istifadə olunur -


22-08-2023, 15:22. Yazar: sevinc1
Türkiyənin Aİ-yə üzvlük prosesindən siyasi material kimi istifadə olunur -

Türkiyənin Avropa İttifaqına üzvlük prosesindən siyasi material kimi istifadə olunur.

aia.az-ın məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Bolqarıstanın XİN rəhbəri Mariya Qabriellə keçirdiyi mətbuat konfransında deyib.

"Türkiyənin Aİ-yə üzvlük prosesinə rasional deyil, siyasi nöqteyi-nəzərdən baxılır. Avropa İttifaqı sərt rəftarlarını yenidən nəzərdən keçirməlidir", - deyə o vurğulayıb.

Qeyd edək ki, daha öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük müraciətinin təsdiqlənməsi üçün Türkiyənin də Avropa İttifaqına üzv olmasının lazım olduğunu bildirmişdi.

aia.az
Geri dön