Ana Sayfa > Ölkə / Özəl / Seçki 2024 > YAP Saatlı rayon təşkilatının yaranmasının 30 illik yubileyi qeyd edilib

YAP Saatlı rayon təşkilatının yaranmasının 30 illik yubileyi qeyd edilib


21-08-2023, 16:00. Yazar: sevinc1
YAP  Saatlı rayon təşkilatının yaranmasının 30 illik yubileyi qeyd edilib

AİA.Az xəbər verir ki, avqustun 21-də Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatının yaradılmasının 30 illiyi qeyd edilib.

“Saatlı Gənclər evi” sosial xidmət müəssisəsində keçirilən tədbirdə YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev, Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, YAP İdarə Heyyətinin üzvü Tofiq Cahangirov, idarə, müəssisə, təşkilat rəhbərləri, partiya fəalları və Ərazi Partiya təşkilatı sədrləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzüb, xatirəsinə dərin ehtiram ifadə ediblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev bildirib ki, tarixi zərurətdən irəli gələrək yaradılan Yeni Azərbaycan Partiyası qısa müddət ərzində xalqı öz ətrafında sıx birləşdirərək siyasi səhnədə yüksəlişə nail oldu, partiyanın sıraları genişləndi. Yeni Azərbaycan Partiyasının yaranması nəinki müstəqillik, hətta müasir dövlətçiliyimizin dönüş nöqtəsi oldu. O, qeyd etdi ki, 1993-cü il 21 avqustda 152 təssübkeşin iştirakı ilə yaradılan, bu gün 11158 nəfəri birləşdirən partiyanın Saatlı rayon təşkilatının üzvləri tam əmindirlər ki, Ulu Öndərin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda irəliləyən müasir Azərbaycanı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Zəfər yolu ilə yeni nailiyyətlərə, qələbələrə aparır.
Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərərk ölkəmizin yüksək templə irəliləyişində Yeni Azərbaycan Partiyasının rolundan danışıb. Vurğulayıb ki, 30 ildir Respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edən, xalqın partiyası kimi tanınan, xalqın sevgisini və dəstəyini qazanan Yeni Azərbaycan Partiyası, ölkədə sabitliyin təminatında avanqard rolunu bu gündə davam etdirir. O, qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Heydər Əliyev siyasəti təkcə artıq tarixə çevrilmiş nailiyyətlərimizin deyil, həm də gələcək uğurların həlledici əsasıdır. İşğaldan azad edilmiş ərazilərə Prezident İlham Əliyev ilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səfərləri xalqımızda sonsuz qürur və iftixar, milli özünəinam hissi yaradır, Zəfər yürüşünün fasiləsiz olaraq uğurla davam etdiyini göstərir. Qalib Azərbaycan Böyük Qayıdışı, dayanıqlı və layiqli məskunlaşmanı yüksək səviyyədə təmin etmək iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirir.
YAP İdarə Heyyətinin üzvü Tofiq Cahangirov çıxışında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması dövlətimizin siyasi taleyini, gələcək yolunu müəyyənləşdirən çox mühüm və əlamətdar hadisə olub. YAP qısa müddət ərzində milli seçim, Azərbaycan xalqının iradəsi əsasında hakimiyyətə gəlib, yeni Azərbaycan quruculuğunu təmin edərək ümumxalq partiyasına çevrildiyini qeyd etdi. O, Yeni Azərbaycan Partiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf və qələbə yolunda əmin addımlarla irəlilədiyini bildirdi.
Tədbirdə partiya veteranları rayon Ziyalılar Cəmiyyətinin sədri Lətif Şimşəkov, “Azərbaycan Fermeri” qəzetinin baş redaktoru Nuhəli Kərimov, 2 saylı Saatlı şəhər Ərazi Partiya təşkilatının sədri Mehriban Ağayeva çıxışlarında qeyd ediblər ki, Ulu Öndərin tarixi xidmətlərindən biri də bu gün ölkəmizin siyasi mühitində xüsusi rol oynayan Yeni Azərbaycan Partiyasını yaratmasıdır. Yeni Azərbaycan Partiyası yarandığı gündən daim siyasi mübarizələrin önündə getmiş, bu gün də ölkəmizin işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətin Prezident İlham Əliyevin yaradıcı şəkildə davam etdirməsi Azərbaycanın gələcək inkişafında yeni uğurların bünövrəsini qoyur.
Tədbirin sonunda Saatlı rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.
Geri dön