Ana Sayfa > Siyasət / Özəl > Zəfər dastanımızın davamı
Zəfər dastanımızın davamı21-08-2023, 12:54. Yazar: sevinc1 |
Azərbaycan böyük bir prosesdə növbəti qələbəsini qazandı. 44 günlük müharibədə qazanılmış Zəfər siyasət masasdında davam etdirildi. Və möhkəmlənmiş oldu.BMT müstəvisində avqustun 16-da keçirilmiş müzakirə gedişində məlum oldu ki, bu qurumun Beynəlxalq Ədalət Məhkəməsinin aylar öncə qəbul etdiyi və Ermənistanın Laçın yolunun açılması istiqamətində siyasi manipulyasiya predmetinə çevirdiyi qərar artıq əhəmiyyətə malik deyil. Sənəd Qarabağda erməni avantürizminin davamı baxımından əsas kimi götürülə bilməz. Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına çalışsa da, ciddi məğlubiyyətə uğradı. Faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Bu Azərbaycanın xarici siyasətinin, beynəlxalq təşkilatlarda məqsədyönlü siyasətinin bariz uğur nümunəsidir. Əslində BMT TŞ-nin heç bir qətnamə qəbul etməməsi Ermənistanı rəzil duruma saldı. Yalnız Fransa nümayəndəsi bir qədər vay-şivən qoparmaqla ermənilərdən çox ermənilik nümunəsi göstərməyə nail oldu, ki bu da işə yaramadı. Dünya ictimaiyyəti bir daha gördü ki, 30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və TŞ sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayan Ermənistan diqqətə almadığı beynəlxalq qurumdan yardım diləyir. Halbuki istədiyi yardımın da hüquqi əsası yoxdur, əksinə beynəlkxalq hüququn müddəaları ilə daban-dabana ziddir. Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti, qonşu dövlətlərlə balanslı münasibətlər qurması, Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi, beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə fəaliyyət göstərilməsi konsepsiyasının hazırlaması və tətbiq etməsi, tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirməsi, strateji düşüncəni ön planda tutması TŞ-də Ermənistanın son ümidlərinin puça çıxması ilə nəticələndi. Son 20 ildə həyata keçirilən siyasət dünya güclərini bölgədə həyata keçirilən layihələrə maraqlandırmaq və bu layihələrin yalnız sülh şəraitində həyata keçiriləcəyinə inandırmaq kimi uzun və çətin bir yol keçən xarici siyaətimiz öz bəhrəsini verdi. Qondarma Dağlıq Qarabağ rejiminin və Ermənistanın gözləntilərinin əksinə BMT TŞ-də müzakirədə iştirak edən dövlətlərin heç biri xalqların öz müqəddəratını təyin etməsi prinsipindən, qondarma Dağlıq Qarabağ rejiminin tanınmasından, Qarabağda yaşayan ermənilərə qarşı aclıqla təhdid edilən soyqırımının törədilməsindən, ölümlə nəticələnən aclıq hallarının baş verməsindən bəhs etmədilər; - Ermənistanın təşəbbüsü ilə Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və Dağlıq Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoyması iddiasının BMT TŞ-nin gündəliyinə gətirməsi və nəticə almaması, onun bu məsələni bir daha hansı isə beynəlxalq təşkilatın gündəminə gətirmə ehtimalının sıfıra endirdi. BMT-dəki müzakirə göstərdi ki, rəsmi İrəvanın və erməni havadarlarının Laçın dəhlizi məntiqinə qarşı Azərbaycanın irəli sürdüyü Ağdam–Xankəndi yolundan istifadə bölgənin erməni əhalisinin təminatı baxımından mühüm vasitə kimi düşüncələrdə möhkəmlənib. İndiki halda bu möhkəmlənmə Azərbaycanın adına böyük uğur kimi qiymətləndirilə bilər. BMT TŞ-dəki müzakirənin yekunu göstərir ki, beynəlxalq aləm Azərbaycan-Ermənistan danışıqlarının hazırkı trayektoriyasını dəstəkləməkdədir. Deməli, həm də Cənubi Qafqazda sülh gündəliyi əsas götürülür. O gündəlik ki, onu diktə edən tərəf Azərbaycandır. İrəvanın bundan yayınmaq üçün arqumentləri nəzərə alınmır. əslində Ermənistana belə bir mesaj verildi ki, yaxşısı budur ki, azərbaycanla anlaş, onun dediklərini həyata keçir. Ən acınacaqlı duruma düşən isə Fransadır. Bu ölkə erməniləri o qədər sevir ki, hətta öz nüfuzunu onların qondarma, mənasız iddialarına, erməni millətçiliyinə belə qurban verir. İclasda nümayəndələri çıxış edən ölkələrin mövqelərindən gəlinən qənaət budur ki, Qarabağdakı erməni əhalinin blokadada qalmasına dair rəsmi İrəvanın qaldırdığı hay-küy keçərli deyil. Başqa sözlə desək, dünya əksəriyyət etibarilə blokada məntiqini qəbul etmir. Deməli, ermənipərəstlərin mövcud xüsusda yaratdıqları kütləvilik ab-havası tam əhəmiyyətsiz və mənasızdır, reallıqla uzlaşmır. Beləliklə də ermənilərin növbəti hay-həşir kampaniyası başa çatdı. Bir daha onlara deyildi ki, qarabağda hər hansı müstəqil dövlət qurmaq iddianızı yuxunuza belə gətirməyin, biryolluq yaddan çıxarın. Ermənipərəst prokurorun da kağız -kuğuzu qoltuğuna verilmiş oldu. Bu diplomatik qələbə Prezident İlham Əliyevin yürütdüyü müdrik, uzaqgörən və qətiyyətli siyasətinin qələbəsidir. Məhz qətiyyətli, uzaqgörən Lider, müdrik siyasi xadim kimi Prezident İlham Əliyevin şəxsi nüfuzu, onun diplomatiyası sayəsində qazanılan qələbə Zəfər dastanımızın diplomatik masada davamıdır. Bəxtiyar Mustafayev, YAP Mingəçevir şəhər təşkilatının sədir Geri dön |