Ana Sayfa > Özəl > Ulu öndər Heydər Əliyevə həsr olunmuş guşə

Ulu öndər Heydər Əliyevə həsr olunmuş guşə


19-08-2023, 10:21. Yazar: sevinc1
Ulu öndər Heydər Əliyevə həsr olunmuş guşə

Bu günlər yolum Lerik Rayon Mərkəzi Xəstəxanasında düşmüşdü. Binanın girişində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə yaradılan gözoxşayan dizaynlı guşə ilk baxışdan diqqətimi özünə çəkdi. Guşənin zənginliyi ulu öndərin dahi şəxsiyyət, dünya səviyyəli siyasətçı olduğunu bir daha göstərirdi. Belə ki, müstəqil Azərbaycanın qurucusu, Türk dünyasının böyük oğlu Heydər Əliyevin dünya siyasətinin aparıcı simaları, dövlət və hökumət başçıları Azərbaycan ictimaiyyətinin, elm, səhiyyə, təhsil, mədəniyyət, idman sahəsinin nümayəndələri ilə yaddaqalan görüşlərini əks etdirən fotolar guşəyə xüsusi rəng qatır. Nümayiş etdirilən fotoşəkillərdə ümummilli liderin Azərbaycan səhiyyəsinə, tibb işçilərinə göstərdiyi diqqət və qayğının bariz əksi də yer alıb.
Eyni zamanda guşədə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevlə birlikdə çəkilmiş, bir-birindən maraqlı fotoşəkillər də xüsusi tərtib olunub.
Guşə ilə tanışlıqdan sonra adam bir daha başa düşür ki, Azərbaycan dövləti, xalqı var olduqca, Heydər Əliyev ruhu və irsi zəkalarda, əməllərdə əbədi yaşayacaq.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az
Geri dön