Ana Sayfa > Özəl > BMT TŞ şurasının son iclası Azərbaycanın növbəti qələbəsi oldu
BMT TŞ şurasının son iclası Azərbaycanın növbəti qələbəsi oldu18-08-2023, 19:49. Yazar: sevinc1 |
![]() Azərbaycanın öz suveren ərazisində, Qarabağda guya hər-hansı “humanitar böhran” vəziyyətinin mövcud olduğu ilə bağlı çağırılan təcili iclası bir daha göstərdi ki, Azərbaycan məhz BMT TŞ-nın 4 qətnaməsini rəhbər tutaraq və təkbaşına icra edərək regionda tamamilə yeni reallıqlar yaradıb. Həmin iclasda bu reallıq əsaslı olaraq tərəfimizdən göstərilmiş, bütün siyasi dairələrə bildirilmişdir ki, proseslər yalnız Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə yekunlaşa bilər. Sevindirici haldır ki, illərdir Azərbaycana qarşı yönəlmiş ikili standartlara, riyakarlıqlara baxmayaraq, dünya birliyi hələ də ədalət prinsipinin nə olduğunu unutmayıb. Təşkil olunmuş “tamaşanın” nəticəsində Azərbaycanın haqlı olduğu bir daha sübut olundu. Beynəlxalq ictimaiyyət ölkəmizin ərazi bütövlüyü və suverenliyini dəstəklədi, Qarabağda məskunlaşmış ermənilərə çağırış etdi ki, onlar nəinki Azərbaycanın qanunları çərçivəsində həyatlarını davam etdirməyə hazır olmalı, eyni zamanda bu istiqamətdə artıq konkret addımlar atmalıdırlar. Əminliklə deyə bilərik ki, sülhün əldə olunması üçün Ermənistanın artıq bir bəhanəsi qalmayıb, hal-hazırda Xankəndi və ətraf rayonlarda məskunlaşan ermənilər onlara təqdim olunan bu tarixi şansı əldən qaçırmamalı, sülh müqaviləsinin imzalanması üçün tezliklə hərəkətə keçməlidirlər. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü Geri dön |