Ana Sayfa > Özəl > AZƏRBAYCAN NÖVBƏTİ DƏFƏ DİPLOMATİK QƏLƏBƏ QAZANDI!
AZƏRBAYCAN NÖVBƏTİ DƏFƏ DİPLOMATİK QƏLƏBƏ QAZANDI!18-08-2023, 18:04. Yazar: sevinc1 |
![]() Avqustun 16-da BMT Təhlükəsizlik Şurası (TŞ) İrəvanın təklifi ilə Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın dövlət sərhədindən buraxılış məntəqəsinin guya “bağlanmasından” sonra yaranmış “humanitar böhranı”n müzakirəsi üçün təcili iclas keçirdi. Ermənistanın xarici işlər naziri Ararat Mirozyan iclasda şəxsən iştirak edərək, bütün artistlik və böhtan atmaq bacarığını ortaya qoysa da bu ölkə nəinki gözlədiyini əldə edə bilmədi, əksinə, sözün əsl mənasında diplomatik fiaskoya uğradı. Ən vacibi isə “humanitar fəlakət”, ”soyqırımı” və ”etnik təmizləmə” kimi uydurduğu yalanlar dünyanın ən mötəbər qurumunda tam olaraq ifşa edildi. Başqa sözlə desək, Ermənistan bu müzakirələrdən heç bir siyasi dividend qazana bilmədi. İclasda Ermənistan üçün ən təsəlliverici hal o oldu ki, bir sıra çıxışçılar Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 22 fevral Laçın yolu ilə bağlı verdiyi qərara əməl etməyin, yəni, Azərbaycanın əlində olan imkanlardan istifadə edərək yolun maneəsiz və təhlükəsiz şəkildə humanitar məqsədlərlə istifadə olunmasını təmin etməyinin vacibliyini bildirdilər. Bu da yeni bir məsələ deyil və Azərbaycan cari il aprelin 23-də Laçın yolunda quraşdırdığı sərhəd-buraxılış məntəqəsi ilə bu yoldan maneəsiz və təhlükəsiz keçidi təmin etmişdi (o başqa məsələ ki, Ermənistanın məlum hərbi təxribatı nəticəsində yolun iş rejimində müəyyən dəyişikliyin yaranması zərurəti meydana gəldi). Azərbaycan həm daxildə, həm də BMT çərçivəsində çevik, uğurlu diplomatik və siyasi həmlələr edərək Təhlükəsizlik Şurasında Ermənistanın təşəbbüsü ilə keçirilən iclasın gedişini və nəticəsini öz xeyrinə dəyişə bildi. Belə ki, ölkəmizin postmünaqişə ilə bağlı gündəliyində olan aktual məsələlərin TŞ üzvləri tərəfindən səsləndirilməsi və bu işlərin BMT-nin iclasın yekununa dair yaydığı məlumata daxil edilməsi Azərbaycan diplomatiyasının çox ciddi uğuru və əldə etdiyi mühüm nəticədir. Belə ki, şərti olaraq “Məzlum Ermənistan” adlandıra biləcəyimiz BMT-dəki teatr səhnəciyində kulislər arxası da boş deyildi - burada Okampo, Lindsi Snell, Devid İqnatius və s. satılmış hüquqşünas və jurnalistlər olub. Bununla belə, İrəvanın öz ordusu ilə gəldiyi iclas tamamilə nəticəsiz qaldı: nə çox gözlədikləri anti-Azərbaycan qətnaməsi, nə də hər hansı birgə bəyanat. Xüsusilə Fransa və ABŞ nümayəndələrinin böyük canfəşanlığına baxmayaraq, ümumən tədbir iştirakçıları sadəcə olaraq “Ermənistanın adına üzülməyi” seçdilər və dağılışdılar.Sözsüz ki, iclasın sadəcə adi müzakirədən uzağa getməyəcəyi Azərbaycanın daim nümayəndəsi Yaşar Əliyevin çoxəhatəli, əsaslandırılmış çıxışından sonra dəqiqləşdi. Azərbaycanlı diplomat elə nitqinin əvvəlində BMT Təhlükəsizlik Şurasının Ermənistan üçün sui-istifadə platformasına çevrildiyinə işarə edib: “Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı şey, əslində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə zərbə vurmaq məqsədilə aparılan təxribatçı və məsuliyyətsiz siyasi kampaniyadır”. Ermənistanın BMT TŞ kimi dünya səviyyəli platformanı teatr səhnəsinə çevirmək cəhdləri boşuna oldu. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə Yaşar Əliyevin çıxışından sonra ümumiyyətlə kölgədə qaldı. İrəvanın baş diplomatı növbəti dəfə vətəninə əliboş qayıtmağa məcbur olacaq. Ötən ilin dekabrında da məsələnin BMT TŞ-də qaldırılması cəhdi olmuşdu. Hər iki halda nəticəsiz qaldı. “Paşinyan və co.”nun bu uğursuzluğu öz ictimaiyyətinə necə təqdim edəcəyi, təbii ki, maraq doğurur. Bu iclasdan sonra bir daha təsdiq olundu ki, belə müzakirələrə ehtiyac yox idi, məsələ BMT və digər platformalarda deyil, yerində həll olunmalıdır. Qarabağ erməniləri anlamalıdılar ki, başqa yol yoxdur: danışıqlar aid olduqları ölkənin – Azərbaycanın şərtləri əsasında aparılmalıdır. BMT TŞ-nin toplantısı Azərbaycan diplomatiyası üçün əzələ nümayişi, Ermənistan üçün isə ağlağanlıq üçün növbəti platforma oldu. Ermənistanın dünyada ən mötəbər qurum hesab edilən BMT TŞ-ni öz siyasi məqsədləri üçün istifadə etmək cəhdi tam iflasa uğradı, ermənilərin “miatsum” və ya “bəlkə nəsə dəyişdi” illüziyaları bu dəfə BMT-də dəfn edildi. Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədr müavini Elşən Əzizov Geri dön |