Ana Sayfa > Gündəm > Hökumət sosial şəbəkələrdən niyə qorxur?
Hökumət sosial şəbəkələrdən niyə qorxur?15-08-2016, 11:01. Yazar: admin |
Müasir dünyada internetin rolu əvəzsizdir. Internetin əhatə dairsənin genişlənməsi, sosial şəbəkələrin informasiya müharibəsində əsas vasitəyə çevrilməsi ən çox avtortiar rejimləri narahat edir. Çünki, sosail şəbəklər vasitəsilə hökumətin yalanları, qanunsuz əməlləri anında ifşa olunur və qısa müddətdə ölkəyə yayılır. Azərbaycanda da internet istifadəçilərinin sayı sürətlə çoxalır, ağıllı telefonlar vasitəsilə hamı internetin imkanlarından yararlanır. Məsələn, seçki zamanı hökumətin kobud saxtakarlıqları sosial şəbəkələr vasitəsilə yayılır və seçki nəticələri legitimlik qazana bilmir. Hökumət nə qədər “şəffaf seçki” nəğməsi oxusa da, nə ölkə ictimaiyyəti, nə də beynəlxalq aləm buna inamır. Məlumata görə Azərbaycanda 1.7 milyondan artıq “facebook” istifadəçisi var. “Facebook”da gedən müzakirələrə, hökumətlə bağlı materiallara olan münasibətə diqqət yetirəndə aydın görünür ki, xalq hakimiyyəti dəstəkləmir. Təbii ki, bu qədər insanın həqiqətləri bilməsi, AzTv-nin nağıllarına qulaq asmaması hökuməti narahat edir. Ötən gün sosial şəbəkələrdə YAP-çı deputat Siyavuş Novruzovun sosial şəbəkələrlə bağlı fikirləri yayıldı və gündəmə çevrildi. “Mən düşünürəm ki ölkəmizdə sosial şəbəkələr birmənalı olaraq qəti şəkildə bağlanmalıdır. Lazımsız işlərlə məşğul olurlar cavanlarımız. Inanıram ki, bu yaxın zamanlarda baş tutacaq”. Sosial şəbəkələrdəki müzakirələr Siyavuş Novruzovun bu fikirləri üzərində qurulub. Əvvəla qeyd edək ki, ölkə başçısı Ilham Əliyev beynəlxalq tribunalardan nitq söyləyəndə, müşavirələrdə çıxışı zamanı “Azərbaycanda internet azadlığı var” ifadəsini dəfələrlə təkrarlayıb. Hər dəfə bu arqumentdən istifadə edərək Azərbaycanın demokratik ölkə olduğunu, söz azadlığının təmin edildiyini sübut etməyə çalışıb. Hansıki, Azərbaycanda xeyli ictimai-siyasi fəal məhz internetdə yazdıqlarına görə həbs olunub. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə rəsmən “facebook” səhifəsində yazdıqlarına görə ittiham edilir. Bütün bunlar Ilham Əliyevin “internet azadlığı” arqumentini darmadağın edir. Siyavuş Novruzovun fikirləri isə hökumətin məqsəd və mahiyyətini bir daha ortaya qoyur. Hökumət cəmiyyəti informasiya blokadasında saxlamaq istəyir, insanların fərqli fikirlərlə qidalanmasını, həqiqətləri öyrənməsini istəmirlər. Hökumət real aləmdə insanların təşkilatlanması üçün xeyli əngəllər yaradıb, real müxalifəti qərargahdan məhrum edib və s. Amma “facebook” virtual təşkilatlanma imkanı yaradır, virtual qərargah rolunu oynaya bilir və bu da nəticə etibarilə real təşkilatlanmanı ortaya çıxarır. Siyavuş Novruzovun belə danışması da qorxunun əlamətidir. Real həyatda etiraz edən kütləni müxtəlif vasitələrlə zərəsizləşdirə bilirlər. Virtual aləmdə isə hər fərd öz fikirlərini yayır, qiymətli məlumatlar paylaşır və etiraz edə bilir. Üstəlik, hökumət qarşıdakı mərhələnin daha ağır olacağını, əhalinin narazılığının daha da artacağını və etiraz kütləsinin yarancağını bilir. Ona görə də bu prosesdə əsas rolu oynaya biləcək sosial şəbəkələrlə bağlı anti-təbliğata start veriblər. Tez-tez internetin zərərlərnidən söhbət açırlar. Onu da qeyd edək ki, Azərbaycanda internet qiymətləri çox bahadır. Azərbaycan Internet Forumunun prezidenti Osman Gündüzÿdə bunu təsdiq edib. “Bu məsələdə dövlətə məxsus provayderlərin tariflərinə baxmaq yetərlidir. Bakı Telefon Rabitəsi” IB-yə məxsus “Bakinternet” şirkəti 1024-10240 Kbit/saniyə internet paketlərini aylıq 10 manatdan 80 manatadək (http://www.bakinter.net/packages/) tariflə satır. Bu, Avropadakı qiymətlərdən dəfələrlə bahadır”. Göründüyü kimi hökumət internetə girişi məhdudlaşdırmaq üçün maddi baxımdan çətinliklər yaradıb. Başa düşürlər ki, əhalinin böyük hissəsinin maddi vəziyyəti ağırdı və belə bir vaxtda ayda 20 manat internetə pul ödəmək çətinlik yaradar. Amma bu vasitə də işə yaramır. Indi internet istifadəçilərinin böyük əksəriyyəti telefonlardan istifadə edir. Ümumiyyətlə, isə bundan sonra internetə məhdudiyyət qoymaq, buna cəhd etmək də əks effekt verəcək. Kütləvi narazılığı, aclığı, xalqın nifrətini interenti qapatmaqla siğortalamaq olmaz. Əksinə, insanları sıxdıqca, məhdudiyyətlər artdıqca, etiraz daha da güclənir və bu etiraz özünü küçələrdə, meydanlarda göstərir. Siyavuş Novruzovun fikirlərinə cəmiyyətin münasibəti də onu göstərir ki, belə bir addım hakimiyyəti daxildə və xaricdə daha rüsvayçı vəziyyətə salacaq. Yaxşı olar ki, Siyavuş Novruzovun gülməşəkər hökuməti sosial şəbəkələri hədəf seçmək əvəzinə, sosial vəziyyəti yaxşılaşdırmaq haqqında düşünsün. http://www.azadliq.info/ Geri dön |