Ana Sayfa > Gündəm > Ramil Usubov 3 polis rəisini işdən qovdu
Ramil Usubov 3 polis rəisini işdən qovdu15-08-2016, 11:00. Yazar: admin |
Ağstafa rayonunun Dağ Kəsəmən kəndində axtarışda olan Tahir Fərzəli oğlu Ayralovu yaxalamaq üçün iyun ayında keçirilən əməliyyat zamanı bir polisin xidmət yoldaşı tərəfindən öldürülməsi faktı üzrə araşdırma yekunlaşıb. Nəticədə Daxili İşlər naziri Ramil Usubovun müvafiq əmrinə əsasən, Vasif Şaiq oğlu Bağırovun ölümünə səbəb olan Ağstafa Rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin rəisi, polis mayoru Altay Rəfiyev sərəncama göndərilib. Əmrdə qeyd edilib ki, polis mayorunun daxili işlər orqanlarında qalıb-qalmayacağı məsələsinə də baxılacaq. Nazirin əmri ilə Ağstafa RPŞ-də iki – həm xidmət, həm də əməliyyat işləri üzrə müavinlər də vəzifədən azad ediliblər. Qeyd edək ki, 27 yaşlı Vasif Bağırovun ölümü ilə nəticələnən əməliyyat gecə saatlarında keçirilib. T.Ayralovun müqavimət göstərməsi polis əməkdaşlarını silah tətbiq etməyə məcbur edib. Polisin atdığı güllələrdən biri başqa bir polis əməkdaşı, 1989-cu il təvəllüdlü Vasif Şaiq oğlu Bağırovun başına dəyib. O, aldığı yaradan bir neçə gün sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Onun ölümünə səbəb olan polis mayoru A.Rəfiyev mövqeyini xidmət yoldaşına bildirməməkdə günahlandırılır. Belə ki, onun mövqeyindən xəbərsiz olan V.Bağırovun A.Rəfiyevə tərəf atəş açdığı və cavab atəşindən sonra yaralanaraq dünyasını dəyişdiyi bildirilir. Geri dön |