Ana Sayfa > Gündəm / Özəl / Seçki 2024 > “Bizon ovu”nu kimlər sifariş edib?

“Bizon ovu”nu kimlər sifariş edib?


16-08-2023, 15:30. Yazar: sevinc1
“Bizon ovu”nu kimlər sifariş edib?

Yox, söhbət Şahdağ Milli Parkının İsmayıllı rayonu ərazisinə bir neçə il əvvəl gətirilmiş bizonlardan getmir. Bu baxımdan təbiətsevərlər narahat olmaya bilərlər. Amma bu yaxınlarda bəzi internet saytlarında dərc olunmuş və “Bizon” sərinləşdirici içki brendini, daha dəqiq desək bu məhsulu istehsal edən şirkətin (“Avrora Qrup”) rəhbərliyini tənqid hədəfi seçən yazılar cəmiyyətimiz üçün heç də daha az təhlükə daşımırlar. Səbəbini bir neçə kəlmə ilə, qısa formada bu materialda açıqlamağa çalışacağam.



İlk növbədə qeyd etməliyəm ki, böyük ehtimalla sifariş əsasında hazırlanmış “anti-avrora” ruhlu bu yazının müəllifi çətin ki, öz sifarişçilərinin də gözləntilərini doğrultmuş olsun. Çünki şirkətin rəhbərliyi barədə heç bir mənfi informasiyaya malik olmayan müəllif bu xüsusda öz fantaziyasından cəmi bir neçə cümləlik böhtan xarakterli cızmaqara ortaya çıxara bilib. Təbii ki, belə sifarişlərdə yazının həcmi də əsas rol oynayan amillərdən biridir. Buna görə də müəllif məcbur olub vikipediyada və digər internet resurslarında “Avrora Qrup”un fəaliyyətinə dair tapdığı bütün materialları elə olduğu kimi öz yazısına əlavə edib. Hətta nəzərə belə almayıb ki, bu materialların demək olar ki, hamısı müsbət xarakterlidir. İstər aparıcı Avropa şirkətləri ilə əməkdaşlıq əsasında ölkəmizdə çoxsaylı istehsal müəssisələrinin açılması faktı olsun, istər bu müəssisələrdə çalışan insanların əmək şəraitinin beynəlxalq standartlara maksimum yaxınlaşdırmaq üçün istehsal sahələrində ən müasir xarici avadanlıqların quraşdırılması, istərsə də yüksək keyfiyyətli məhsul istehsalını təmin etmək üçün yeni texnologiyaların tətbiqi ilə bağlı ifadə olunan fikirlər təbii ki, “Avrora Qrup”un mütərəqqi fəaliyyətini təsdiq edən faktlardır. Lakin bütün bunlarla yanaşı belə bir məqamı da nəzərdən qaçırmaq olmaz ki, əməldən daha vacib olanı niyyətdir. Niyyət isə məlumdur – “Avrora Qrup”un və bilavasitə şirkətin rəhbəri Ceyhun Abbasovun fəaliyyətini gözdən salmaq. Əlbəttə ki, bu zaman təbii bir sual yaranır: niyə? Görəsən ölkənin iqtisadi inkişafına, həm də birbaşa qeyri-neft sektorunun inkişafına, insanların rifah yüksəlişinin təmin olunması işinə həqiqətən böyük töhfələr verən “Avrora Qrup”un fəaliiyəti kimləri və nə üçün narahat edir? Bu şirkətin bütün fəaliyyətinin dövlətin iqtisadi siyasətinə tam uyğun olduğu birmənalı və inkarolunmazdır. Bu zaman ola bilsin ki, baş tutmamış “qara-piar” kampaniyasının sifarişçiləri də ya şirkətin, ya da elə “Bizon”un daha uğursuz rəqibləridir..?



Bundan başqa “Avrora Qrup”un müntəzəm olaraq həyata keçirdiyi irimiqyaslı xeyriyyə aksiyalarını da qətiyyən nəzərdən qaçırmaq olmaz. Milli bayramlarımızda yüzlərlə aztəminatlı ailələri dəyərli bayram sovqatları ilə sevindirmək bu şirkətdə artıq çoxdan ənənə halını alıb. Ötən ilin son günlərində şirkət “ASAN Məktub” sosial proqramı ilə birlikdə “Yeni il” bayramı münasibəti ilə Ağstafa və Qazax şəhərində yaşayan qazi və aztəminatlı ailələrin uşaqlarına isti geyimlər, oyuncaqlar və məktəb ləvazimatları hədiyyə edib. 2022-2023-cü dərs ilinin ilk günündə isə “Avrora Qrup” sosial məsuliyyət proqramına uyğun olaraq Lənkəran şəhəri Osman Mirzəyev adına qarışıq tipli uşaq evi və Astara rayonunun Diqo kəndində orta məktəbdə təhsil alan bütün şagirdləri lazım olan bütün məktəb ləvazimatları ilə təmin etmişdi. Həmçinin cari ilin 15-16 iyun tarixində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş jurnalistlər arasında voleybol üzrə “Zəfər Kuboku”nun sponsoru da məhz “Avrora Qrup” olmuşdur. Təbii ki, çəkdiyimiz bu bir neçə misal şirkətin xeyriyyəçilik və sosial məsuliyyət sahəsində gördüyü işlərin yalnız cüzi bir hissəsidir.

Sonda bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, “Avrora Qrup”un və şirkətin bilavasitə rəhbərliyinin fəaliyyəti ölkə rəhbərliyi tərəfindən də kifayət qədər yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 fevral 2018-ci il tarixli sərəncamı ilə Ceyhun Abbasov ölkənin iqtisadi inkişafında göstərdiyi xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb.

Elmar Hüseynov
aia.az
Geri dön