Ana Sayfa > Özəl / Təhsil > Lənkəranlı qız Xaricdə Təhsil üzrə Dövlət Proqramının qalibi olub

Lənkəranlı qız Xaricdə Təhsil üzrə Dövlət Proqramının qalibi olub


16-08-2023, 15:44. Yazar: sevinc1
Lənkəranlı qız Xaricdə Təhsil üzrə Dövlət Proqramının qalibi olub

Şəhla Abbaszadə. İndi bu gənc qızın adı Lənkəranda böyük hörmət və qürurla çəkilir. Çünki oxuyub öyrənməyə olan sonsuz həvəsi onu Xaricdə Təhsil üzrə Dövlət Proqramının qalibi edibdir.
Şəhla Abbaszadə 2019-cu ildə Lənkəran şəhər 4 saylı məktəbini əla qiymətlərlə başa vurub. Bakalavr təhsilini İngilis dili müəllimliyi ixtisası üzrə Azərbaycan Dillər Universitetində alıb. Bu təhsil ocağını da fərqlənmə diplomu ilə bitirib. İndi isə gənc qız magistr təhsilini Böyük Britaniyanın ən nüfuzlu universiteti olan Qlazqo Universitetində inklüziv təhsil üzrə davam edəcək.
Onu da bildirək ki, Şəhla Abbaszadə eyni zamanda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Şeffild Universiteti, Bristol Universiteti, eləcə London Universitetinə qəbul olunub. O, təhsilini davam etdirmək üçün Qlazqo Universitetini seçib.

Lənkəran camaatı Şəhla Abbaszadəyə parlaq gələcək və bu gələcəkdə doğma Azərbaycanın tərəqqisi naminə uğurlar arzulayır.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az

Geri dön