Ana Sayfa > Dünya > "Rusiya və Belarusun NATO ilə hərbi toqquşma ehtimalı artır"

"Rusiya və Belarusun NATO ilə hərbi toqquşma ehtimalı artır"


15-08-2023, 18:00. Yazar: sevinc1
"Rusiya və Belarusun NATO ilə hərbi toqquşma ehtimalı artır"

"Gələcəkdə Rusiya və Belarusun NATO ilə birbaşa hərbi toqquşma ehtimalı var. Bu ehtimal getdikcə artır".

aia.az xəbər verir ki, bunu Belarusun müdafiə naziri Viktor Xrenin Moskvada keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransında deyib.

Onun sözlərinə görə, Qərb ölkələrində hərbi hazırlıq intensiv olaraq davam edir: "Qərbin genişmiqyaslı müharibəyə başlamasına mane olan yeganə məqam nüvə silahının tətbiqi təhlükəsidir".

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb./report

aia.az
Geri dön