Ana Sayfa > Qərbi Azərbaycan > Dərman vasitəsinin xarici qeydiyyatının tanınması ilə bağlı siyahı hazırlanacaq
Dərman vasitəsinin xarici qeydiyyatının tanınması ilə bağlı siyahı hazırlanacaq15-08-2023, 14:46. Yazar: sevinc1 |
Dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatının tanınması şamil olunan ölkələrin və xarici (beynəlxalq) təşkilatların siyahısı hazırlanacaq. aia.az bildirir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən "Dərman vasitələri haqqında" qanuna edilən dəyişiklikdə əksini tapıb. Fərmana əsasən, Nazirlər Kabineti 4 ay müddətində dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatının tanınması şamil olunan ölkələrin və xarici (beynəlxalq) təşkilatların siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir. aia.az Geri dön |