Ana Sayfa > İqtisadiyyat > Azərbaycanda dəmir yolu ilə sərnişin daşınmaları kəskin artıb

Azərbaycanda dəmir yolu ilə sərnişin daşınmaları kəskin artıb


15-08-2023, 14:00. Yazar: sevinc1
Azərbaycanda dəmir yolu ilə sərnişin daşınmaları kəskin artıb

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2023-cü ilin yanvar-iyul aylarında 10,6 milyon ton yük, 3 753,9 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən aia.az-a verilən məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 4,6%, sərnişin daşınmasında isə 50,8% artım müşahidə olunub.

“Orta hesabla sutkada yüklənmiş və boşaldılmış vaqonların hər birinin sayı 415-ə bərabər olub”, - məlumatda qeyd olunur.

Bildirilir ki, hesabat dövründə sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 21 min ton, Qərb istiqaməti üzrə 2,8 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

aia.az
Geri dön