Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Tərtər rayonunda Ermənistan ordusunun atəşkəsi pozması nəticəsində 3 nəfər yaralanıb.

Tərtər rayonunda Ermənistan ordusunun atəşkəsi pozması nəticəsində 3 nəfər yaralanıb.


1-09-2015, 16:29. Yazar: admin




Azərbaycanın Tərtər rayonunda Ermənistan ordusunun atəşkəsi pozması nəticəsində 3 nəfər yaralanıb.

Aia.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun təmas xəttinə yaxın yerləşən Qapanlı kəndində baş verib.

Belə ki, kənd sakini Barat Süleymanovun övladının kiçik toy mərasimi zamanı ermənilər toy mağarını atəşə tutub. Hadisə nəticəsində toyda iştirak edən Müşkünaz Əliyeva və Mədinə Tanrıverdiyeva bacıları və 3 yaşlı Zəhra Əlizadə güllə yarası alıb.

Hər üç yaralı xəstəxanaya yerləşdirilib.
Geri dön