Ana Sayfa > Ölkə > Bakıda və Abşeronda temperatur normadan 4 dərəcə yüksək olub -
Bakıda və Abşeronda temperatur normadan 4 dərəcə yüksək olub -15-08-2023, 10:09. Yazar: sevinc1 |
Faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən aia.az-a verilən xəbərə görə, avqustun 15-i saat 09:00-a olan məlumatına əsasən, avqustun 14-də ölkə ərazisində isti hava şəraiti davam etmiş, havanın maksimal temperaturu Aran rayonlarında 42 dərəcəyədək, Naxçıvan MR-də və Gəncə-Qazax zonasında 40 dərəcəyədək yüksəlmişdir. Bakıda və Abşeron yarımadasında isə temperatur iqlim normasından 4 dərəcə yüksək olmuşdur. Sinoptik şərait ilə əlaqədar olaraq ərazimizdə isti hava dalğasının təsirinin tədricən azalacağı gözlənilir. Lakin Abşeron yarımadasında normadan yüksək nisbi rütubət şəraiti davam edəcək. aia.az Geri dön |