Ana Sayfa > Siyasət > Natiq Cəfərli barəsindəki qərardan şikayət veriləcək

Natiq Cəfərli barəsindəki qərardan şikayət veriləcək


13-08-2016, 15:00. Yazar: admin
Natiq Cəfərli barəsindəki qərardan şikayət veriləcək






Dünən gecə həbs olunan REAL hərəkatının icra katibi Natiq Cəfərli barəsində olan məhkəmə qərarından apelyasiya şikayəti veriləcək.

Aia.Az xəbər verir ki, bu barədə virtualaz.org-a vəkil Cavad Cavadlı məlumat verib. Vəkil N.Cəfərli barəsində olan həbs qətimkan tədbiri haqqında məhkəmə qərarını aldıqdan sonra apelyasiya şikayəti verəcəklərini deyib. Eyni zamanda N.Cəfərlinin mənzilində aparılan axtarışla bağlı da apellyasiya şikayəti veriləcək.

Vəkil N.Cəfərlinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirildiyini də deyib.

Qeyd edək ki, N.Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N.Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


aia.az
Geri dön