Ana Sayfa > Özəl > Taekvondo idman növünə maraq

Taekvondo idman növünə maraq


14-08-2023, 12:27. Yazar: sevinc1
Taekvondo idman növünə maraq

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “Beynəlxalq Gənclər Günü” münasibətilə Masallı Regional Taekvondo Mərkəzində Masallı, Lənkəran, Qafqaz, Modern, Qafqaz Zirə Taekvondo klublarının birgə təlim məşq toplantısı keçirilib. Taekvondo idman növü üzrə nümunəvi çıxışlar edilib.
100-dən çox idmançının iştirak etdiyi idman tədbirində əsas məqsəd uşaqlar, yeniyetmə və gənclər arasında taekvondo idman növünə marağın artırılması, idmançılar arasında əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də sağlam həyat tərzinin təbliğidir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyini üzvü
aia.az

Geri dön