Ana Sayfa > Media > Monitorlu velosiped - FOTO

Monitorlu velosiped - FOTO


13-08-2016, 14:48. Yazar: admin
Monitorlu velosiped - FOTO





Texnologiyanın günü-gündən inkişaf etməsi obyektlərin bir-biriylə əlaqədə olmasını və daha çox işə yarayan xüsusiyyətlər təqdim etməsini təmin edir. "Volta"nın ağıllı velosipedinin kiçik sensor məlumat ekranı isə velosiped sürücülərinə lazım olan hər məlumatı tək nöqtədə yığır.

Gidonun orta qisminə yerləşdirilən 2,4 düymlük sensorlu ekran sürücülük əsnasında lazım ola biləcək bir çox məlumatı istifadəçisinə çatdırır. Performans məlumatları, hava vəziyyəti, ürək ritmi kimi məlumatları da bu ekrandan alacaqsınız. Bundan başqa velosipetdə naviqasiya xüsusiyyəti də var. Ağıllı telefonla əlaqəli olan ekranda, telefondakı bildirişlər göstərilə bilir və bununla da telefona baxmaq məcburiyyətində qalmırsız. Velosipedin ön qisimindəki dinamodan güc alan ekran, enerji cihazına qoşulmadan tam enerji ilə təmin olunur. Avtomatik ön və arxa faralara sahib olan velosiped, daxili GPS sayəsində oğurlanma kimi vəziyyətlərdə rahatlıqla tapılır.

2017-ci ilin iyul ayında satışa çıxarılacaq velosipedin 3.499 dollar qiymətində olacağı bildirilir.

Bu barədə daha ətraflı bilmək və eyni zamanda, həftə ərzində texnologiya dünyasında baş verən yeniliklər haqda xəbərdar olmaq istəyirsinizsə, o zaman mütləq Texno Park-ı izləyin.

Texno Park bazar günü, saat 18:00, təkrarı isə çərşənbə axşamı, saat 21:00-da Zaur Əliyev-in təqdimatında, Lider kanalında!

Kanalların lideri olan Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz.

Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6

https://www.youtube.com/user/TexnoPark

İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az
Geri dön