Ana Sayfa > Gündəm / Özəl / Qərbi Azərbaycan > İngiltərə vətəndaşı Bakı Sağlamlıq Mərkəzində uğurla əməliyyat olundu
İngiltərə vətəndaşı Bakı Sağlamlıq Mərkəzində uğurla əməliyyat olundu12-08-2023, 10:33. Yazar: admen |
İngiltərə vətəndaşı Vai Uing Eugenie Honq Konqa yola salındı. İsveçrənin Sürix şəhərindən Çin Xalq Respublikasının Honq Konq XİB-ə uçuş sırasında halı pisləşən İngiltərə vətəndaşı Vai Uing Eugenie tibbi müdaxilə edilməsi üçün təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş etmişdir. Başqa bir klinikaya yerləşdirilən pasiyentdə insult şüphəsi olduğundan Bakı Sağlamlıq Mərkəzinə transfer olunur. Huşu qapanıq halda Mərkəzimizə gətirilən pasiyetə ilkin müayinə olunduqdan sonra intrakranial hematom (kəllədaxili qanama) olduğu üçün neyrocərrah və invaziv radioloq həkim briqadası tərəfindən əməliyyat icra olundu. Əməliyyat fəsadsız olaraq yekunlaşdı. Daha sonra stasionar müalicə üçün reanimasiya şöbəsinə keçirilərək müalicəsi davam etdirilir. 17 gün reanimasiya şöbəsində müalicə edilən pasiyent transporta hazır olduğu düşünüldükdən sonra hava ambulansının vasitəsi ilə Honq Konq XİB-ə yola salındı. Pasiyentin həyat yoldaşı Sai Çuen Nikolasın Mərkəzimiz haqda rəyini sizlərə təqdim edirik. Xoş seyrlər! Geri dön |