Ana Sayfa > Özəl > Təbii fəlakət nəticəsində ölənlərin sayı 24-ə çatıb
Təbii fəlakət nəticəsində ölənlərin sayı 24-ə çatıb11-08-2023, 17:00. Yazar: sevinc1 |
Gürcüstanın Şov kurort mərkəzində təbii fəlakət nəticəsində ölənlərin sayı 24-ə çatıb. Regional inkişaf və infrastruktur naziri İrakli Karseladzenin brifinqdə verdiyi məlumata görə, bu gün 3 cəsəd və meyit parçaları tapılıb. AİA.Az xəbər verir ki, Axtarış-xilasetmə işləri davam edir”, - deyə Karseladze bildirib. Xatırlatmaq istərdik ki, avqustun 3-də Raçada, Şove istirahət mərkəzində torpaq sürüşməsi qurbanla nəticələnmişdi. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 24 nəfər həyatını itirib. Hələlik 9 nəfəri axtarırlar. Sübhan Məmmədov AİA.Az Geri dön |