Ana Sayfa > Seçki 2024 > Su sayğaclarını oğurlayan şəxs tutuldu

Su sayğaclarını oğurlayan şəxs tutuldu


11-08-2023, 14:30. Yazar: sevinc1
Su sayğaclarını oğurlayan şəxs tutuldu

Abşeronda su sayğacları oğurlanıb.

aia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda 1 özəl müəssisənin ərazisindən, 4 evdən və 5 həyətyanı sahədən su sayğacları oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini Vüsal Abdurahmanov müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

aia.az
Geri dön