Ana Sayfa > İdman > HİK-in qapıçısı:
HİK-in qapıçısı:11-08-2023, 12:45. Yazar: sevinc1 |
“Bakıda məğlub olmaq kədərlidir”. “Report”un məlumatına görə, bunu Finlandiyanın HİK klubunun futbolçusu Yesse Öst “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib. 33 yaşlı qapıçı hətta qələbəni əldən verdiklərini düşünür: “Qələbəyə yaxın olsaq da, mübarizəmiz bu dəfə kifayət etmədi. Bununla belə, cavab matçında yaxşı şansımız olacaq. Məsələni evdə həll edə bilərik. Daha cəsarətli futbol sərgiləməliyik. Ayağımızda top saxladığımız zaman imkanlar yaradırıq. Gəlin, Azərbaycan komandasını Helsinkidə qaçmağa məcbur edək”. Qeyd edək ki, avqustun 17-də Helsinki Olimpiya Stadionunda keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. aia.az Geri dön |