Ana Sayfa > Ölkə > Qazaxda kafe sahibi hesab üstündə bıçaqlandı
Qazaxda kafe sahibi hesab üstündə bıçaqlandı11-08-2023, 11:25. Yazar: sevinc1 |
Qazaxda kafe sahibi hesab üstündə bıçaqlanıb. aia.az xəbər verir ki, Böyük Cəfərli kənd sakini, 1982-ci il təvəllüdlü Sənan Omarov mübahisə zəminində sinə nahiyəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S. Omarova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən, 1984-cü il təvəllüdlü Əfqan Vəliyev saxlanılıb və istintaqa təhvil verilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs, müştəri qismində kafeyə gedib. Yeyib-içdikdən sonra hesabı istəyib. Hesabla razılaşmayıb və kafe sahibi ilə mübahisə edib. Bu zaman müştəri kafe sahibinə bıçaqla xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır. aia.az Geri dön |