Ana Sayfa > Dünya > Bu ölkənin müdafiə nazirinə silahlı hücum oldu

Bu ölkənin müdafiə nazirinə silahlı hücum oldu


11-08-2023, 09:30. Yazar: sevinc1
Bu ölkənin müdafiə nazirinə silahlı hücum oldu

Livanın müdafiə naziri Muris Slim paytaxt Beyrutda silahlı hücuma məruz qalıb.

aia.az xəbər verir ki, Beyrutda naməlum şəxslər Slimin avtomobilinə atəş açıb. Nazir edilən hücumdan yaralanmadan xilas olub.

Bildirilib ki, güllələr Slimin maşınına dəyib.

Müdafiə naziri Slim Beyrutda yerləşən MTV Televiziyasına hücumla bağlı qısa açıqlama verib.

Avtomobilinə silahlı hücum edildiyini bildirən Slim, "Yaxşıyam, amma avtomobilimin arxa şüşələri güllələrdən qırıldı", - deyib.

Hücumla bağlı hökumət və təhlükəsizlik rəsmilərindən hələlik heç bir açıqlama verilməyib.

aia.az
Geri dön