Ana Sayfa > Şou-biznes > Dövlət Yol Polisi İdarəsindən sürücülərə Xəbərdarlıq

Dövlət Yol Polisi İdarəsindən sürücülərə Xəbərdarlıq


12-08-2016, 14:51. Yazar: admin

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi

"Yüngül minik avtomobillərin dövlət texniki baxışından keçmə müddəti avqustun 1-də başa çatıb. Nəzərdə tutulan müddət ərzində texniki baxışdan keçməyən avtomobillərin sürücüləri qanunvericiliyin tələblərinə uyğun olaraq, inzibati məsuliyyət daşıyır".

Bu barədə "Report"a Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin ictimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, Bakı şəhər DYPİ-nin əməkdaşları tərəfindən ötən günlər ərzində qanun tələblərini pozan 97 sürücü müəyyən olunaraq, texniki baxışdan keçmədəyinə görə məsuliyyətə cəlb edilib: "Sürücülər minik avtomobilini istehsal ilinin 5-ci, 7-ci, 9-cu illərində, 11-ci ilindən artıq hər il texniki baxışa təqdim etməlidir.

İnzibаti Xətаlаr Məcəlləsinin 339.1 mаddəsinin tələbinə müvаfiq olаrаq, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən "Yol hərəkəti haqqında” Qanunla ilə müəyyən edilən qaydada və müddətdə nəqliyyat vasitəsini texniki baxışdan keçirməlidir. Bu qaydaları pozmağa görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir".

Polis polkovniki qeyd edib ki, Nəqliyyаt vаsitələrinə teхniki bахış nəqliyyat vasitəsinin qeydiyyаt yerindən asılı olmayaraq, avtomobil sahibləri DİN Bаş Dövlət Yol Polis İdаrəsinin Bakı şəhəri Sаbunçu rаyonu Maştağa qəsəbəsində yerləşən müаsir аvdаnlıq və ölçü cihаzlаrı ilə təchiz edilən teхniki müаyinə mərkəzində həftənin bütün günləri, fasiləsiz olaraq keçirilir.
Geri dön