Ana Sayfa > Karusel / Gündəm > Mülki ermənilər Laçın SBM-dən sərbəst keçir
Mülki ermənilər Laçın SBM-dən sərbəst keçir9-08-2023, 14:42. Yazar: sevinc1 |
Avqustun 9-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Azərbaycanın Qarabağ bölgəsinin erməniəsilli sakinlərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən (SBM) növbəti sərbəst keçidi təmin edilib. aia.az xəbər verir ki, bununla bağlı görüntülər Caliber.Az-ın yaydığı yeni videokadrlarda əks olunub. Videogörüntülərdə mülki şəxslərin sənədlərinin və baqajlarının yoxlanılması prosesi əksini tapıb. Yoxlandıqdan sonra onların sərhəd-buraxılış məntəqəsindən sərbəst keçməsi təmin edilib. Bu videokadrlar Qarabağ ermənilərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin və ya çətinliyin olmadığını bir daha sübut edir. aia.az Geri dön |