Ana Sayfa > Manşet / Dünya > NASA-dan xəbərdarlıq:
NASA-dan xəbərdarlıq:9-08-2023, 08:59. Yazar: sevinc1 |
Diametri 1 km-ə qədər olan potensial təhlükəli asteroid 6037 (1988 EG) avqustun 23-də Yerdən təxminən 6 milyon km uzaqlıqdan keçəcək. Bu barədə avqustun 8-də NASA-nın Yerə Yaxın Obyektlərin Tədqiqi Mərkəzinin mətbuat xidmətindən məlumat verilib. Obyekt UTC vaxtı ilə 08:18-də (Bakı vaxtı ilə 12:18) planetə mümkün qədər yaxınlaşacaq. Asteroidin diametri 430-960 metr, sürəti isə saniyədə 14,25 km-dir. Qeyd edək ki, potensial təhlükəli obyektlər Yerin orbitindən 7,5 milyon km-dən az məsafədə keçən obyektlərdir. aia.az Geri dön |