Ana Sayfa > Manşet / Siyasət > Şavkat Mirziyoyev bu tarixdə Azərbaycana gələcək

Şavkat Mirziyoyev bu tarixdə Azərbaycana gələcək


8-08-2023, 10:40. Yazar: sevinc1
Şavkat Mirziyoyev bu tarixdə Azərbaycana gələcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin avqustda Azərbaycana səfəri gözlənilir.

aia.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri" adlı dəyirmi masada BMTM-nin rəhbəri Fərid Şəfiyev deyib.

F.Şəfiyev Özbəkistana Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib: “Azərbaycan işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində Özbəkistanın dəstəyini hiss edir”.

Ş.Mirziyoyevin səfəri zamanı Füzulidə Özbəkistan tərəfindən tikilən məktəbin açılışının olacağı gözlənilir.

aia.az
Geri dön