Ana Sayfa > Karusel / Siyasət > Britaniya Azərbaycana pul ayırdı

Britaniya Azərbaycana pul ayırdı


8-08-2023, 10:16. Yazar: sevinc1
Britaniya Azərbaycana pul ayırdı

Böyük Britaniya hökuməti Azərbaycanda minalarla mübarizəni dəstəkləmək üçün əlavə 500 min funt-sterlinq ayırıb.

aia.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld tviterdə paylaşım edib.

Qeyd edilib ki, bu vəsait Azərbaycanın Minatəmizləmə Agentliyi və BMT-nin Azərbaycandakı İnkişaf Proqramı ilə tərəfdaşlıq çərçivəsində mina təmizləmə sahəsində Azərbaycanın potensialının artırılmasına və Böyük Qayıdışın təhlükəsizliyinin təmin edilməsinə yönəldilib.

aia.az
Geri dön