Ana Sayfa > Dünya > Gürcüstanda xilasedicilər daha dörd cəsəd aşkar ediblər
Gürcüstanda xilasedicilər daha dörd cəsəd aşkar ediblər4-08-2023, 15:32. Yazar: sevinc1 |
![]() Gürcüstanın Şovi kurortunda təbii fəlakət zonasında axtarış-xilasetmə əməliyyatları zamanı xilasedicilər daha dörd cəsəd aşkar ediblər. Rəsmi məlumata görə, təbii fəlakət nəticəsində artıq altı nəfər ölüb. Hazırda 210 nəfər təhlükəsiz əraziyə çatdırılıb. Əməliyyata 400-ə yaxın yanğınsöndürən-xilasedici və Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin əməkdaşları cəlb olunub. Bu gün səhər saat 06:00-dan etibarən sərhəd xidmətinin iki helikopteri xilasetmə işlərinə cəlb olunub. Qeyd edək ki, Şovi kurort zonasında torpaq sürüşməsi dünən baş verib. aia.az Geri dön |