Ana Sayfa > Siyasət > "Ağdam-Xankəndi yolundan istifadə ilə bağlı təklifimiz qüvvədədir" -

"Ağdam-Xankəndi yolundan istifadə ilə bağlı təklifimiz qüvvədədir" -


3-08-2023, 17:43. Yazar: sevinc1
"Ağdam-Xankəndi yolundan istifadə ilə bağlı təklifimiz qüvvədədir" -

Rəsmi Bakı bir daha Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərə humanitar yardımların çatdırılması üçün Ağdam-Xankəndi yolunun açıq olduğunu bəyan edib.

aia.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Cüeyhun Bayramov avqustun 3-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşdə danışıb.

Nazir Ermənistanın Laçın yolunda və sərhəd-buraxılış məntəqəsinə qarşı təxribatlarını nəzərə alaraq, Azərbaycanın erməni sakinlərə yardım üçün Ağdam-Xankəndi yolundan istifadə təklifinin qüvvədə qaldığını bir daha xatırldıb.

C.Bayramov həmçinin, Azərbaycan tərəfinin erməni sakinlərin reinteqrasiyası səylərinə Ermənistanın müdaxiləsinin qəbuledilməz olduğu bildirib.

aia.az
Geri dön