Ana Sayfa > Karusel / Gündəm > Polis 4 il əvvəl törədilən qətlin üstünü açdı
Polis 4 il əvvəl törədilən qətlin üstünü açdı3-08-2023, 17:10. Yazar: sevinc1 |
2019-cu ildə Yevlax rayonunun Ərəbbəsrə kəndində ov tüfəngi ilə öldürülən 57 yaşlı Tahir Qafarovu qətlə yetirməkdə şübhəli bilinən şəxs DİN əməkdaşları tərəfindən ifşa olunub. Qafqazinfo.az-ın əldə etdiyi xəbərə görə, əməliyyat nəticəsində qətlin narkotik cinayətlərinə görə həbsdə olan 42 yaşlı Habil Dövlət oğlu Mirzəyev tərəfindən törədildiyi məlum olub. O da məlum olub ki, onlar arasında münaqişə narkotik vasitələrin alqı-satqısı ilə bağlı yaranmış pul mübahisəsi ilə əlaqədar olub. H.Mirzəyev 2019-cu il fevralın 21-də gecə saat 2 radələrində T.Qafarovu gözətçi işlədiyi bağda qətlə yetirib. aia.az Geri dön |