Ana Sayfa > Seçilənlər > Xüsusi təyinatlılar döyüş hazırlığı vəziyyətinə gətirildi- əgər...

Xüsusi təyinatlılar döyüş hazırlığı vəziyyətinə gətirildi- əgər...


12-08-2016, 11:20. Yazar: admin
Xüsusi təyinatlılar döyüş hazırlığı vəziyyətinə gətirildi- əgər...

Müdafiə, naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti avqustun 11-də Xüsusi Təyinatlı Qüvvələrin Tədris Mərkəzində olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təlim sahəsinə gələn müdafiə naziri xüsusi təyinatlı kursantların döyüş hazırlığı məşğələsinin gedişatı ilə maraqlanıb və təlim məşqlərini izləyib. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsəsən aprel döyüşlərindən sonra xüsusi təyinatlıların silahlanmasına əlavə olaraq daxil edilən texnoloji cəhətdən ən müasir silahlar, texniki vasitələr və təchizatlara baxış keçirilib. Sonra şəxsi heyətin praktiki atəş açma və taktiki bacarıqları yoxlanılıb. Müxtəlif təlim nöqtələrində xüsusi təyinatlılar soyuq və atıcı silahlardan istifadə, aviasiya dəstəyi ilə döyüş atışlı fəaliyyət, düşmən postuna basqın, motoparaplan vasitəsilə yüklərin çatdırılması, binaiçi döyüşün aparılması üzrə müxtəlif tapşırıqları peşəkarlıqla icra ediblər. Şəxsi heyətlə görüşən Müdafiə naziri xüsusi təyinatlıların, o cümlədən ümumilikdə bütün Silahlı Qüvvələrin döyüş qabiliyyətini, təcrübəsini və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib. Hərbi qulluqçular Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiklərini və Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda döyüşə hər an hazır olduqlarını bildiriblər.
Geri dön