Ana Sayfa > Gündəm / Özəl > Gülər Sultanzadə:”Baş verəcək hadisələrə məsuliyyəti ermənilər daşıyacaq”

Gülər Sultanzadə:”Baş verəcək hadisələrə məsuliyyəti ermənilər daşıyacaq”


3-08-2023, 09:39. Yazar: sevinc1
Gülər Sultanzadə:”Baş verəcək hadisələrə məsuliyyəti ermənilər daşıyacaq”

Bu gün revanşist müxalifət Ermənistanın paytaxtı, qədim Azərbaycan şəhəri olan İrəvanın küçələrində, eləcə də digər Azərbaycan şəhəri Xankəndidə rəsmi Bakının sülh təklifinə qarşı qeyri-adekvat reaksiyalar sərgiləyir, erməniləri revanşa səsləyir və bunun üçün öncə Paşinyanı devrirməyə çalışır. Çox mümkündür ki, aksiya iştirakçılarının boynuna ip keçirib onları yolları Ermənistanın iri şəhərlərini küşəbəküçə gəzdirənlər göstərişi Moskvadan, Parisdən, müxtəlif mərkəzlərdən alırlar. Məhz bu amil bu gün regionda sülhə ciddi maneçilik törədir.
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Euronews” televiziyasında yayımlanan müsahibəsində bu məqamlara toxunulub və ermənilərin sülhə mane olan hərəkətləri təhlil edilməklə onlara ciddi mesajlar ünvanlanıb. Cənab Prezident ilk növbədə sülh prosesinə Azərbaycanın daim hazır olduğunu qeyd edərək prosesin uzanmasının səbəblərini göstərib: “Düşünürdüm ki, İkinci Qarabağ müharibəsindən sonra vəziyyət fərqli olacaq. Biz sülh üçün hazır idik və əslində bir az gözlədik ki, beynəlxalq iştirakçılar bizə müəyyən yeni təkliflər versinlər. Anladıq ki, bu, bir növ boşluqdur. Heç kəs nə etməyi bilmirdi. 2020-ci il noyabrın 10-da Bəyanatı imzaladığımız zaman vəziyyət, əslində, dayanıqlı sülhü təmin etmirdi. O, sülh razılaşması deyildi, Bəyanat idi. Əslində, Ermənistanın kapitulyasiya aktı idi. Buna görə biz Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq və ictimaiyyət qarşısında bunu açıqladıq.”
Azərbaycanın həmin dövrdə qan tökülməsinin qarşısını almaqla bəşəri ideyalara sadiqliyini nümayiş etdiridiyini qeyd edən ölkə başçısı bundan sonrakı proseslərdə Ermənistanın və eləcə də separatçı ermənilərin revanşist siyasət yürütməsinin sülhə mane olduğunu bildirib.”

Bu sözləri AİA.Az-a verdiyi açıqlamasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.

Müsahibimiz qeyd edib ki, əslində Azərbaycan lideri yenə də barış əli uzadır. Qalib olsaq da sülhdən yana olduğumuzu yenidən təkrar edir. Bizim heç kəsin torpağında gözümüz yoxdur. İndi Ermənistanla sərhədlər müəyyən edilmədiyi bir dövrdə, Azərbaycanın istənilən sahədə post qurmaq imkanına malik olduğu halda biz bunu etməmişik. Bu məsləyə toxunan cənab Prezident demişdir: “Ermənistanla Azərbaycan arasında sərhəd müəyyən olunmamışdır. Sovet İttifaqının süqutu ərəfəsində biz həmin təcavüzlə üzləşdik. Onda sərhəd necə olacaq? Yerlərdə real vəziyyət necə olacaq? Kommunikasiyalarla bağlı vəziyyət necə olacaq? Çünki İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın imzaladığı sənəddə onun öhdəliyi var ki, bizim Naxçıvan kimi eksklavımıza çıxışımız olsun. Lakin bu, hələ də baş vermir. Beləliklə, sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir. Bizim görüş isə hesab edirəm ki, yaxşı mühit yaradır. Lakin əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə sülh variantını tapa bilərik. Bəlkə ilin sonunadək.”

Müsahibimiz bildirib ki, ölkəmizin başçısı ermənilərə ciddi mesajlar ünvanlayıb. Buradan çıxan nəticə belədir ki, ermənilər əlahiddə hüquqa malik deyillər və bunu heç xəyal belə etməsinlər. Azərbaycanda çoxlu millətlərin nümayəndələri yaşayır və hər bir vətəndaş da eyni hüquqlara malikdir. Ona görə də erməni millətindən olanlar da bu hüquqlar daxilində yaşamalıdırlar. Onlar üçün xüsusi imtiyazlar axı nədən olmalıdır? 30 il separatizmə dəstək verib minlərlə soydaşımızı öldürən, tarixi abidələrimizi, babalarımızın məzarlartını dağıdıb yerlə yeksan edənləri bağışlamağımız bəs etmirmi?”

Gülər Sultanzadə qeyd edib ki, biz bütün müsbət təşəbbüsləri qiymətləndiririk. Eləcə də Avropa İttifaqının vasitəçiliyini. Bunu cənab Prezident də müsahibəsində qeyd etmişdir: “Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir. Xüsusən də İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupu, əslində, fəaliyyət göstərmirdi və indi də göstərmir. Beləliklə, müəyyən beynəlxalq qurum olmalı idi. Düşündüm ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Bir sözlə, həmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir, çünki biz təkcə Brüsseldə deyil, həmçinin Avropa Siyasi Birliyinin tədbiri çərçivəsində də görüşürük. Sonuncu dəfə görüş Kişineuda baş tutdu. Bunu vacib hesab edirəm, çünki vəziyyətin durğun olmasına imkan vermirik, çünki durğunluq yaranarsa, yenidən bir növ fasiləyə keçərsə, onda biz hər hansı təhlükəli ssenaridən sığortalana bilmərik”-deyə qeyd edən cənab Prezident konstruktiv, dövlətlərin suveren hüquqlarına toxunmayan, beynəlzalq hüquq normalarına əsaslanan bütün təşəbbüsləri dəstəklədiyini bəyan edib.
Müsahibimiz son olaraq qeyd edib ki, “Laçın dəhlizi adlandırılan yola gəlincə, bu ərazi Azərbaycan ərazisidir və orada istənilən fəaliyyət Azərbaycanın suveren hüququdur. Biz bu yolda insanların hərəkəti üçün hər cür şərait yaratdıq. Əvəzində isə ermənilər həmin yoldan hunmanitar məqsədlə yox, silah sursat daşımaq üçün istifadə etdilər və yol bağlandıqdan sonra haray-həşir salmağa başladılar. Əslində onların məqsədi yolun bağlanmasıdır ki daha çox sızıldaya bilsinlər. Ölkəmizin başçısı da müsahibəsində bunu qeyd edərək məslənin əsil mahiyyətini dünya ictimaiyyətinə açıqlamışdır: “ Aprelin 23-dən -sərhəd-keçid məntəqəsini qurduğumuz vaxtdan etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib. İyunun 15-də Ermənistan digər hərbi təxribata əl atdı və bizim sərhədçilərimizdən birini yaraladı.
Yol araşdırmaya görə müvəqqəti olaraq bağlı idi. Sonra yol təkrar açıldı. Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsini bərpa etdi. Lakin əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar, çünki...”
Bəli, təəssüf ki, ermənilər hətta BQXK-ni də öz məkrli siyasətlərinə alət edə bildilər. Lakin indki zamanda heç nəyi gizlətmək mümkün deyil. Hamı hər şeyi görür və bilir. Ermənilər də zəhmət çəkib oyunbazlıqdan uzaq, ciddi və qətiyyətli mövqe göstərsinlər, sülh prosesinə və regionun inkişafına mane olmasınlar. Əks təqdirdə baş verəcək olaylardan əziyyət çəkən də həmin hadisələrə məsul olan da ermənilər özləri olacaqlar”-deyə müsahibimiz fikrini yekunlaşdırıb.
Geri dön