Ana Sayfa > Özəl > Mənim ana dilim, mənim kimliyim
Mənim ana dilim, mənim kimliyim2-08-2023, 09:16. Yazar: sevinc1 |
Dünya bərqərar olandan hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, onu tanıdan, zəngin bədii xəzinəsini inkişaf etdirən onun ana dilidir. " Dil hər bir xalqın milli sərvətidir. Dilimizin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir. " Bu sözlər Ulu Öndər Heydər Əliyevin təhsil işçilərinin tədbirində çıxışındandır. O işlədiyi bütün dövr ərzində qoyulan qadağalara rəğmən ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Dövlət dilimiz uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz çıxışında da vurğulayırdı ki, vətəndaşlara verilən bütün hüquqlar ən başlıca təhsil öz doğma ana dilində olmalıdır. Əvvəllər 70-ci illərdə bütün qardaş respublikaların ictimai siyasi həyatında dil məsələsi gündəmə gətirildi. Xalqların milli dilləri sıxışdırılması prosesinə başlanıldı. Belə bir şəraitdə ana dili məsələsini qabardanlardan böyük cəsarət tələb olunurdu. Qadağalara tabe olmayanlar Sibirə sürgün olunurdu. Belə bir şəraitdə öz ana dilimiz saxlanılmasında o müdrik insanın böyük köməyi oldu. 1978-ci ildə SSRİ Konstitusiyasının yeni layihəsinin müzakitəsi zamanı Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddə " Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir " olmuşdur. Bundan sonra 1995-ci və 2001-ci illərdə verilən fərmanlar Müstəqil Azərbaycan dövlətinin formalaşması, möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edən fərmanlar oldu. Yuxarıda qeyd olunan bu fərmanlara əsasən Azərbaycan Prezidenti yanında dövlət Dil Komissiyası yaradıldı. Ulu Öndər hər zaman yüksək kürsülərdəki çıxışlarında xüsusilə qeyd edirdi ki : " Dövlət dilimiz, ana dilimiz - Azərbaycan dili ölkəmizdə hakim dildir. Nəinki azərbaycanlılar, eləcə də ölkəmizə gələn xarici qonaqlar, dostlarımız bu dilə hörmət edirlər, bu dili öyrənmək, bu dildə danışnaq istəyirlər. Bu çox sevindiricidir haldır. Mən fəxr edirəm ki, bu dildə mənim dədə-babalarım danışıb, analarımız laylalarını bu dildə ifadə ediblər. Çünkü xalqı xalq edən, milləti millət edən onun ana dilidir. Milli mənəvi dəyərlərdən danışanda birinci növbədə ana dilimiz, dinimiz, adət-ənənələrimiz, mənəvi əxlaqi mentalitetimiz kimi başa düşülür. Biz 70 ildən çox sovetlər birliyinin tərkibində belə öz ana dilimiz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. İndi Azərbaycan dili çox yüksək səviyyəyə malik olan bir dildir. Mən həmişə xüsusən də gənclərə üzünü tutub deyirəm rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız, çin dillərinidə öyrənin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilinizi öyrənin. Əgər bunu bilməsəniz siz tam azərbaycanlı olmursuz ". Artıq ölməz Ulu Öndərin gördüyü işləri onun varisi və davamçısı İlham Əliyev cənabları tərəfindən davam etdirilir. Onun müxtəlif zamanlarda 2004-cü ildə, 2013-cü ildə, 2018-ci ildə verdiyi tarixi fərmalar ana dilimizin saflığı və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Bu dilin qorunması, inkişafı, şəffaflığı hər birimizin müqəddəs burcudur. Bizim dilimizin dünya dilləri arasında xüsusi yeri vardır. Son vaxtlar dilimizə daxil edilən bəzi kəlmələr dilin dəyişməsinə səbəb olur. Dilimizin qorunması məsələsi media ilə bağlı qurumların, telekanalların öhtəsinə böyük məsuliyyət qoyur. Əsası həmişə qəlbimizdə yaşayan ölməz Ulu Öndərin təşəbbüsüylə qoyulan hər il avqust ayının 1-də Azərbaycan Əlifbası və dili günü kimi qeyd olunur. Bayramın mübarək Müstəqil Azərbaycanın müstəqil " Ana dili ". Hacıyeva Gülnarə Həsənqulu qızı. Nəsimi rayon İctimai şura. Geri dön |