Ana Sayfa > İdman > Yeni toyu olan dünya çempionumuz arzusuna çatdı: "Bunu çoxdan gözləyirdim"

Yeni toyu olan dünya çempionumuz arzusuna çatdı: "Bunu çoxdan gözləyirdim"


12-08-2016, 11:01. Yazar: admin
Yeni toyu olan dünya çempionumuz arzusuna çatdı: "Bunu çoxdan gözləyirdim"

Karate üzrə 12 qat Avropa və 4 dəfə dünya çempionu Rafael Ağayev karatenin 2020-cı ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına salınmasına münasibət bildirib.

Idmançı bu qərar verildiyi gündən şox sevindiyini və bunu çoxdan arzuladığını dilə gətirdi: "Əlbəttə ki, karatenin 2020-ci il Olimpiadasına daxil olması sevindirici haldır. İnşallah, qismət olarsa, biz orada layiqincə iştirak edəcəyik. 2020-ci ildə 35 yaşım olacaq. Buna baxmayaraq, özümə inanıram.

Mən bu qərarın verilməsini çoxdan gözləyirdim və arzu edirdim. Şükür, qismət oldu. Təbii ki, buna tək mən yox, bütün dünya karateçiləri sevinir.
İndi bilirik ki, Yaponiyadakı Olimpiadada gərgin mübarizə olacaq, ilk olaraq lisenziya uğrunda ciddi mübarizə gedəcək, sonra olimpiada. Təbii ki, bizim yaxşı idmançılarımız var, onların da yaxşı çıxış edəcəyinə inam böyükdür”.
Tanınmış karateçi yaşı ilə bağlı məsələyə də toxundu: "Çoxları mənə "artıq bəsdir, karate üçün yaşın çoxdur, gənclərə yol aç” deyə bilər. Düzdür, gənclərimizin gözüm üstə yerləri var, amma mən məqsədimin ardınca gedəcəm. Nə qədər gücüm var Azərbaycan bayrağını yüksəldib, himnimizi səsləndirəcəm”.

R.Ağayev hazırda Rioda çıxış edən idmançılarımıza da uğurlar arzuladı: "Hazırda Brazilyanın Rio şəhərində keçirilən Olimpiya Oyunlarında iştirak edən hər bir idmançımıza uğurlar arzu edirəm, çoxlu medallar qazansınlar”.
Geri dön