Ana Sayfa > Manşet / Gündəm > Dövlət Xidmətinin 2 generalı vəzifədən
Dövlət Xidmətinin 2 generalı vəzifədən1-08-2023, 11:34. Yazar: sevinc1 |
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Baş İdarələrinin rəisləri tutduqları vəzifədən azad olunub və hazırda Xidmət rəisinin sərəncamına götürülüb. Bu barədə aia.az-a Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib. O bildirib ki, həmin sözügedən Baş İdarələrin sayı beşdir və onlar ləğv olunmayıb. Vəzifəsindən azad olunan idarə rəisləri isə aşağıdakılardır: Çağırış Baş İdarə rəisi general-mayor Çingiz Kiçikbəyov, Kadrlar Baş İdarə rəisi general-mayor Azad Əliyev, Təşkilat Nəzarət Baş İdarə rəisi polkovnik Famil Aslanov, Maddi-Texniki Təminat Baş İdarə rəisi polkovnik Anar Əliyev və Səfərbərlik Baş İdarə rəisi polkovnik Vəli Rzayev. *** 10:48 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iki generalı vəzifəsindən azad olunub. aia.az xəbər verir ki, işdən çıxarılan şəxslər Xidmətin Çağırış Baş İdarə rəisi, general-mayor Çingiz Kiçikbəyov və Kadrlar Baş İdarə rəisi, general-mayor Azad Əliyevdir. Hər iki general sərəncama götürülüb. Qeyd edək ki, ilk məlumatı gununsesi.info yayıb. aia.az Geri dön |