Ana Sayfa > Ölkə > Gəncədə yeniyetmə bıçaqlandı

Gəncədə yeniyetmə bıçaqlandı


1-08-2023, 09:37. Yazar: sevinc1
Gəncədə yeniyetmə bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

aia.az-ın məlumatına görə, hadisə şəhərin Dədə Qorqud küçəsindəki çayxanaların birində qeydə alınıb.

2006-cı il təvəllüdlü, Əli Sarıyev ürək nahiyyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

O, dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

aia.az

Geri dön