Ana Sayfa > Manşet / Siyasət / Ölkə / Parlament > Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsi beynəlxalq təşkilatlara müraciət edib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsi beynəlxalq təşkilatlara müraciət edib31-07-2023, 17:23. Yazar: sevinc1 |
Müraciətdə deyilir: “Ermənistan tərəfi münasibətlərin normallaşması, yekun sülhə nail olunması istiqamətində aparılan danışıqları pozmaq, proseslərin axarını dəyişmək məqsədi ilə müxtəlif təxribatlara əl atır, təcavüzkar siyasətini davam etdirməyə çalışır. Belə ki, Azərbaycan öz sərhədlərinə nəzarət etmək, Ermənistanın təxribatlarının, qaçaqmalçılığının, icazəsiz yük avtomobillərinin ölkəyə göndərməsinin qarşısını almaq məqsədilə Laçın yolunda sərhəd buraxılış məntəqəsi qurub. Azərbaycan öz ərazisində - Qarabağda yaşayan ermənilərin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” və digər alternativ yollar təklif edib. Həmin təkliflər həmçinin Avropa İttifaqı, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən məqbul hesab olunub və dəstəklənib. Amma buna baxmayaraq, Ermənistan öncədən heç bir razılaşma aparmadan Azərbaycan ərazilərinə Laçın yolu vasitəsilə daxil olması üçün avtomobil karvanı göndərməsi vəziyyəti gərginləşdirməyə hesablanmış qəbuledilməz haldır. Birbaşa Azərbaycanın suverenliyinə qəsd, ərazi bütövlüyünə isə kobud müdaxilə cəhdidir. Azərbaycan hər zaman Qarabağda yaşayan ermənilərə Ermənistandan humanitar yüklərin daşınmasına şərait yaradıb. Onlar isə mütəmadi olaraq Laçın yolunda Azərbaycan sərhədçilərini atəşə tutub, əsgərləri yaralayıb, yolun normal və təhlükəsiz fəaliyyətinə mane olublar. Bu əməllərdən aydın görünür ki, Ermənilərin əsl niyyəti başqadır. O ki qaldı Ermənistan tərəfinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin ərzaq və dərman çatışmazlığı ilə bağlı səsləndirdiyi fikirlərə, bu, tamamilə yalandır, beynəlxalq ictimaiyyəti çaşdırmaqdan başqa bir şey deyil. Onlar bu yolla yerli ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiysına mane olmağa çalışır, vəziyyəti gərginləşdirirlər. Odur ki, biz Azərbaycan həmkarlar ittifaqları olaraq bütün beynəlxalq təşkilatlara, o cümlədən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasına, Ümumhəmkarlar İttifaqları Konfederasiyasına, Pan Avropa Regional Şurasına, Qlobal Sahə Həmkarlar İttifaqlarına müraciət edərək vurğulayırıq ki, yuxarıda göstərilənlərə qarşı məsuliyyətli mövqe sərgiləsinlər, Ermənistan tərəfinin reallıqları ört-basdır edən uydurmalarına inanmasınlar, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə müdaxilə cəhdlərini qınasınlar”. AHİK İcraiyyə Komitəsinin üzvləri: AHİK sədri, Milli Məclisin deputatı S.Möhbalıyev AHİK sədrinin I müavini İ.Əliyev AHİK sədrinin müavini A.Dadaşov AHİK sədrinin müavini C.Alxasov AHİK sədrinin müavini Ə.Ağasiyev AHİK sədrinin müavini H.Osmanov Aviasiya İşçiləri HİRK-in sədri M.Əsədov Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Hİ-nin sədri H.Kərimov Azərbaycan Milli Elmlər Akademiyası İşçiləri Azad Hİ-nin sədri H.Qurbanov Bələdiyyə İşçiləri HİRK-in sədri M.Xəlilov «Baku Stil Kompani» İşçiləri Hİ-in sədri A.Abbasov Dəmiryolçuların Müstəqil HİRK-in sədri V.Bədəlov Dəniz Nəqliyyatı İşçiləri HİRK-in sədri S.Allahverdiyev Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri HİRK-in sədri M.Mirzəyev Fövqəladə Hallar Nazirliyi İşçiləri HİK-in sədri M.İsmayılov Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri R.Namazov "Xidmət-İş» Hİ Federasiyasının vitse-prezidenti C.İsmayılov "İnşaat-İş" Hİ-in sədri U.Hüseynov Su Təsərrüfatı İşçiləri HİRK-in sədri A.Məmmədov "Kənd-Qida-İş" Hİ Federasiyasının sədri T.Quliyev Metal İşçiləri Hİ Federasiyasının prezidenti B.Yusifov Mədəniyyət İşçiləri HİRK-in sədri A.Atakişiyev Müdafiə Sənayesi İşçiləri HİRK-in sədri S.Mahmudov Metropoliten İşçiləri Hİ-in sədri A.Mərdanov Naxçıvan Muxtar Respublikası Hİ Şurasının sədri Q.Abdullayev Neft və Qaz Sənayesi İşçiləri HİRK-in sədri C.Əliyev Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri HİRK-in sədri M.Əmirov Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçilərinin HİRK-in sədri M.Abasov Səhiyyə İşçiləri HİRK-in sədri E.Əfəndiyev Təbii Sərvətlər və Ekologiya İşçiləri HİRK-in sədri T.Quliyev Təhsil İşçiləri Azad HİRK sədrinin birinci müavini H.Nağıyev Yerli Sənaye və Kommunal Məişət Müəssisələri İşçilərinin HİRK-in sədri T.Hacıyev Geri dön |