Ana Sayfa > Manşet / İqtisadiyyat > İlham Əliyevdən Mərkəzi Bankla bağlı

İlham Əliyevdən Mərkəzi Bankla bağlı


31-07-2023, 12:25. Yazar: sevinc1
İlham Əliyevdən Mərkəzi Bankla bağlı

Prezident İlham Əliyev “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə 6 iyul 2023-cü il tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.

aia.az xəbər verir ki, fərmanla quruma tövsiyyə edilib ki, aşağıdakı normativ xarakterli aktları 6 ay müddətində təsdiq edib dövlət başçısına məlumat versin:

- Kredit təşkilatlarında və qanuna müvafiq olaraq ödəniş xidmətlərini həyata keçirən şəxslərdə kassa əməliyyatlarının aparılması qaydaları, habelə həmin təşkilatlar tərəfindən istifadə olunan nağd pul avadanlıqlarına dair minimum tələblər;

- İnvestisiya pul nişanlarının satışı qaydası;

- Pul nişanlarının reproduksiyası qaydası;

- Ödəniş xidmətləri təchizatçıları tərəfindən ödəniş əməliyyatlarının aparılması və onlar arasında hesablaşmaların həyata keçirilməsi qaydaları, həmçinin ödəniş alətlərinə dair tələblər;

- Maliyyə xidmətlərinin (məhsullarının) test məqsədli alışı qaydası;

- Xüsusi tənzimləmə rejiminin tətbiqi qaydası;

- Lisenziya və icazələrin verilməsi üçün təqdim olunan sənədlərin forması və məzmunu;

- Yoxlama haqqında hesabatın tərtib edilməsi qaydası, habelə forması və məzmunu.

Bundan başqa, Mərkəzi Bank yenilənmiş qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

aia.az
Geri dön