Ana Sayfa > Qərbi Azərbaycan > Gecələr baş verən bu hal xərçəng əlaməti ola bilər
Gecələr baş verən bu hal xərçəng əlaməti ola bilər31-07-2023, 11:50. Yazar: sevinc1 |
Gecə tərləmələri qan xərçəngi, limfoma, sümük xərçəngi, qaraciyər xərçəngi, mezotelyoma və karsinoid şişlər də daxil olmaqla müəyyən xərçəng növlərinin əlaməti ola bilər. aia.az xarici mediaya istinadən xəbər verir ki, belə bir qənaətə Amerika Xərçəng Cəmiyyətinin (ACS) alimləri gəliblər. Həkimlər qeyd ediblər ki, bədənin bir və ya bir neçə nahiyəsində qeyri-adi hərarət hissi, nəm dəri, yuxuda üşütmə və bol tərləmə xərçəngin inkişafından xəbər verə bilər. Eyni zamanda gecə tərləmələri aşağı qan şəkəri və ya müəyyən dərmanlar və ya stress nəticəsində hormonal dəyişikliklərin əlaməti də ola bilər. Tərləmələr xərçəngin əlaməti olduqda gecə tərləmələri daha davamlı olur və qızdırma ilə müşayiət olunur. Xərçəng xəstələrində bu, adətən yorğunluq və səbəbsiz yerə çəki itkisi kimi simptomlarla birlikdə baş verir. aia.az Geri dön |