Ana Sayfa > Gündəm > "SOCAR"-dan yeni vakansiyalar - İş axtaranların nəzərinə!
"SOCAR"-dan yeni vakansiyalar - İş axtaranların nəzərinə!11-08-2016, 13:37. Yazar: admin |
"SOCAR Polymer" MMC bir neçə vəzifə üzrə yeni vakansiyalar elan edib. Şirkətdən "Report"a verilən məlumata görə, "SOCAR Polymer" mühəndis-elektrik, nəzarət-ölçmə cihazları (NÖC) və idarəetmə sistemi üzrə mühəndis, statik mühəndis-mexanik, dinamik avadanlığın mexanik mühəndisi, NÖC və elektrik supervayzeri, elektrotexnik, NÖC üzrə texnik, texnoloji analizator texniki, mexanik-supervayzer, texnik mexanik, qurğu operatorları və CRO üzrə mütəxəssis axtarır. Mühəndis-elektrik minimum 10-15 il iş təcrübəsinə malik olmalı, elektrotexnika ixtisası üzrə bakalavr dərəcəsi, beynəlxalq və yerli elektrik standartları, qabaqcıl təcrübələri və dəyər təcrübələrilə tanışlıq, elektrik sisteminin avtomatlaşdırılması ilə tanışlıq, elektrotexnika konsepsiyalarına dair yaxşı biliklərə və digər biliklərə malik olmalıdır. NÖC və idarəetmə sistemi üzrə mühəndisinin NÖC və idarəetmə sisteminin layihələndirmə prinsipləri, nəzəriyyələri və konsepsiyaları, tətbiq olunan kodekslər, standartlar və təcrübələrə dair bilik və təcrübəsi, NÖC və idarəetmə sistemi ixtisası üzrə bakalavr dərəcəsi, NÖC və idarəetmə sisteminin layihələndirilməsi sahəsində 5 ildən artıq iş təcrübəsi olmalıdır. Statik mühəndis mexanikdən mexanika, kinematika, termodinamika, materialşünaslıq və s. daxil olmaqla əsas konsepsiyalara dair güclü anlayış, maşınqayırma sahəsində bakalavr dərəcəsi və digər biliklər tələb olunur. Dinamik avadanlığın mexanik mühəndisinin maşınqayırma ixtisası üzrə bakalavr dərəcəsi, neft-qaz sektorunda/neft-kimya sənayesində rəhbər vəzifədə geniş iş təcrübəsi, texniki xidmət və layihələndirmənin idarə olunması sahəsində uğurlu iş təcrübəsi və digər bilikləri olmalıdır. NÖC və elektrik supervayzeri supervayzer vəzifəsində minimum 3 illik iş təcrübəsi, məhsuldarlığın idarə olunması sahəsində bilik və təcrübə, SƏTƏM bilikləri və məsul olduğu sahə üzrə onun tətbiqi imkanı və başqa biliklərə malik olmalıdır. Elektrotexnik təhlükəsiz iş metodlarını yüksək səviyyədə bilməli, 5 illik elektrik/tikinti sahəsində təcrübə, sınaq avadanlıqlarından istifadə üzrə iş təcrübəsi və digər bilikləri olmalıdır NÖC üzrə texnik də təhlükəsiz iş metodlarını yüksək səviyyədə bilməli, NÖC və idarəetmə sistemlərinin texniki xidməti sahəsində 5 illik iş təcrübəsi olmalı, sahədə ekstremal isti və fiziki işin tələb olunduğu şərtlərdə işləmək qabiliyyətinə malik olmalıdır. Texnoloji analizator texnikindən fizika, kimya, elektronika haqqında ümumi biliklər və yaxşı mexanika bilikləri, neft-kimya və emal sənayesində sənaye texnoloji analizatorlarla bağlı minimum 5 illik iş təcrübəsi, texnoloji analizatorların nasazlığının və ya pozuntunun səbəbinin diaqnostikası və zəruri profilaktik texniki xidmətin və ya bərpaedici texniki xidmətin göstərilməsi qabiliyyəti və digər biliklər tələb olunur. Mexanik supervayzerin supervayzer vəzifəsində minimum 3 illik iş təcrübəsi, məhsuldarlığın idarə olunması sahəsində bilik və təcrübə, SƏTƏM bilikləri və məsul olduğu sahə üzrə onun tətbiqi imkanı və digər bacarıqları olmalıdır. Texniki mexanikdən neft-qaz və ya neft-kimya sənayesində mexanik-texnik vəzifəsində 5 il iş təcrübəsi, müxtəlif növ maşınların baza iş konsepsiyaları haqqında biliklər, maşınların quraşdırılması və təmiri, alətlərdən düzgün istifadə haqqında biliklər, maşınlarla, hidravlik sistem və qurğunun mexaniki komponentləri ilə işləyən zaman ehtiyat tədbirləri haqqında biliklər, maşınlara tətbiqinə icazə verilən standartlar haqqında biliklər və s. tələb olunur. Qurğu operatorları və CRO-dan texniki sahədə təhsil, oxşar sənaye sahəsində ən azı 3 illik praktiki təcrübə və digər biliklər tələb olunur. Geri dön |