Ana Sayfa > Siyasət > Tramp: ““İŞİD“i Obama yaradıb“

Tramp: ““İŞİD“i Obama yaradıb“


11-08-2016, 13:22. Yazar: admin


ABŞ prezidentliyinə respublikaçıların namizədi Donald Tramp ölkə prezidenti Barak Obamanı İŞİD terror təşkilatını yaratmaqda ittiham edib

APA-nın xəbərinə görə, D. Tramp bunu Florida ştatında çıxışı zamanı deyib.

“İŞİD-in yaradıcısı Obamadır. Razısınız?! İŞİD Obamaya rəğbət göstərir”, - deyə D. Tramp çıxışında qeyd edib.

Ag Ev D. Trampın çıxışına şərh verməyib.

Qeyd edək ki, bir müddət əvvəl D. Tramp prezident seçkilərində rəqibi, demokratların namizədi Hillari Klintonu da İŞİD-i yaratmaqda ittiham edib.
Geri dön