Ana Sayfa > Siyasət > Azərbaycan və Özbəkistan birgə hərbi təlimlər keçirəcək
Azərbaycan və Özbəkistan birgə hərbi təlimlər keçirəcək28-07-2023, 12:58. Yazar: sevinc1 |
![]() “Azərbaycan Müdafiə Nazirliyi və Özbəkistan Müdafiə Nazirliyi arasında 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən, Daşkənd vilayətinin Çirçik poliqonunda “UZAZ-2023 kompüter dəstəkli taktiki komanda-qərargah təlimi” keçiriləcək. Bu barədə aia.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun təlimdə iştirak edəcək bir qrup hərbi qulluqçusu Özbəkistanda səfərdədir. Özbəkistan-Azərbaycan birgə təlimində hərbi qulluqçular xüsusi hərbi əməliyyatların təşkili və aparılması üzrə mövzuları məşq etdirəcəklər. aia.az Geri dön |