Ana Sayfa > Gündəm > ANS-in yerinə yayımlanan telekanaldan biabırçı tərcümə - VİDEO

ANS-in yerinə yayımlanan telekanaldan biabırçı tərcümə - VİDEO


11-08-2016, 12:59. Yazar: admin



ANS TV-nin yerinə gecə saatlarında ümumrespublika yayımına keçən "Günəş TV"də hər kəsi təəccübləndirən tərcümə efirə verilib.

Dünən gecə saatlarında efirə gedən "Mən yaramazam" cizgi filmində personajlardan biri təhqiramiz sözlər işlədib. Maraqlıdır ki, Azərbaycan dilində yayımlanan bu cizgi filmində tərcümə də eyni cür verilib.

Belə ki, personaj: "O sənin dalını dağıdacaq", - deyib və bu sözlər ana dilimizdə efirə verilib.

Maraqlıdır ki, kanalın əsasnaməsində qeyd olunur ki, efir vaxtını bütünlüklə uşaqlara həsr edən "Günəş TV"nin yayımında şiddət, pis vərdişlər aşılayan kadrlara yer verilmir. Efirdə yalnız milli-mənəvi dəyərlərə söykənən, uşaq psixologiyasına müsbət təsir edən verilişlər və filmlər yayımlanır.

[media=https://youtu.be/tRrqyA1OYNE]
Geri dön