Ana Sayfa > Cəmiyyət > Rövşən Lənkəranskinin 5 adamı həbs edildi - Video

Rövşən Lənkəranskinin 5 adamı həbs edildi - Video


11-08-2016, 12:35. Yazar: admin

Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti

Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti “qanuni oğru” Rövşən Lənkəranskinin himayəçiliyi ilə Uralda fəaliyyət göstərən qruplaşmanın saxlanılmasını əks etdirən video yayıb.

Rusiya mediası iddia edir ki, qruplaşma iş adamlarından külli miqdarda pul və əmlak ələ keçirməklə məşğul olub. “Qanuni oğru”nun adamları yığıncaq üçün Nijni Tagilə toplaşıblar. Polis bu görüşdən xəbərdar olub və qəfildən basqın edilib. Əməliyyat zamanı yığıncağa toplaşanlar müqavimət göstəriblər. Qruplaşmanın üzvləri bunlardır: Xıdır Q. 1970-cı il təvəllüdlü, İlkin A. 1995-ci il təvəllüdlü, Orxan M. 1992-ci il təvəlüdlü, Asim A. 1994-cü il təvəllüdlü, Telman B. 1987-ci il təvəllüdlü. Onlarınhər biri barəsində həbs-qətimkan tədbiri seçilib.

Xəbərdə bildirilir ki, dəstənin fəaliyyətindən yerli sakinlərin çoxu məlumatlı olsalar da, qorxularından səslərini çıxara bilməyiblər. Mülkləri və pulları əllərindən alınan biznesmenlər isə məhv ediləcəklərindən çəkindiklərindən hüquq-mühafizə orqanlarına müraciət etməyiblər.

[media=https://youtu.be/ovzLdYKGx7o]
Geri dön