Ana Sayfa > Özəl > “Milli maraqlara söykənən Ulu Öndərimizin böyük siyasəti”
“Milli maraqlara söykənən Ulu Öndərimizin böyük siyasəti”26-07-2023, 20:57. Yazar: sevinc1 |
Hər birimizə eləcədə dünya ictimaiyyətinə məlumdur. Azərbaycan cəmiyyəti ənənəvi dəyərlər, ailə dəyərləri üzərində qurulub. Bu cəmiyyətdə hər bir övlad valideynləri üçün çox əzizdir, dəyərlidir. Bu ənənələrin dərin kökləri vardır. Dədə - babalarımızdan indiki vaxta qədər gəlib çatan bu ənənəni bu günkü müasir Azərbaycan cəmiyyəti qoruyub saxlayır, inkişaf etdirir. Bu indi də belədi. Hələ də Ulu Öndərimizin hakimiyyəti illərində də bu milli dəyərlərə riayət olunurdu. Bu sözləri ölkə rəhbərimiz İlham Əliyev cari ilin 22 iyun tarixində Çin Xalq televiziyasının kanalına verdiyi müsahibəsindəki geniş və ətraflı çıxışda söylədi. O danışaraq qeyd etdiki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini quran, onu inkişaf yoluna yönəldən, ölkəni qarşıdurma və xaosdan qurtaran vətəndaş müharibəsinin qarşısını alan bir şəxsiyyət kimi tarixə düşüb. Ulu Öndərin milli maraqlara söykənən siyasəti indi də davam edir. Hal- hazırda qərb mətbuatının Azərbaycan haqqında dünya mətbuatında yazdığı yalan- dolan yazılar hər birinizə məlumdur. Biz onlardan fərqli olaraq milli dəyər və maraqlarımıza cavab verməyən hər hansı bir işə qoşulmuruq. Artıq Azərbaycan əvvəlki dövlət deyildir. İndi biz hər bir kəslə qarşılıqlı hörmət və dostluq üzərində yanaşırıq. Hələ Ulu Öndərimizin zamanında Çinin ərazi bütövlüyünün, vahid Çin və Çinin birləşməsi siyasəti hər zaman dəstəkləmişdir. Bu gündə bu dəstək bizim tərəfimizdən davam edir. Buna canlı misal kimi cari ilin bu ayında açılmış və artıq fəaliyyətə başlamış Ələt Azad İqtisadi Zonamızda Çin şirkətləri üçün əlverişli bir hadisədir. Regional bağlantı mərkəzinə çevrilmək baxımından Azərbaycan dövləti coğrafi üstünlüklərə malikdir. Ölkəmiz Şərq – Qərb və Şimal – Cənub nəqliyyat marşrutları üzərində yerləşir. Bildiyimiz kimi bizdə nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başlanıb. “ Bir kəmər, bir yol “ layihəsinə qoşularkən Azərbaycan artıq hazır infrastrukturu var idi. İndi biz sadəcə olaraq texniki imkanları artırırıq. Ticarət limanımızı genişləndiririk. Bizim dəniz ticarəti limanımız bir neçə il əvvəl açıldı. Onun imkanlarını hazırda 25 milyon tona qədər çatdırırıq. Gələcəkdə Gəmiqayırma zavodunun böyüdülməsi və təkmilləşdirilməsi də nəzərdə tutulmuşdur. Hər birimizə məlumdur ki, Birləşmiş Ştatlarda, Fransada və bəzi Qərb ölkələrində erməni icmalarının çoxluq təşkil etdiyi yerlərdə erməni lobbisi böyük nüfuza malikdir. Onlar sistemli və məqsədli şəkildə Azərbaycana siyasi meydanda, media sahəsində hücum çəkirlər. Tanınmış və öndə gedən siyasətçiləri ələ alırlar. Bütün planları da Azərbaycandır. İnsanlarda Azərbaycanofobiya mühiti yaradırlar. Hal – hazırda Fransa Ermənistanın ən böyük vəkilinə çevrilib. Onların əsassız və gülünc bəyanatlarla olan hücumları ilə üzləşirik. Onların bu şəkildə çıxardığı qərarlar və siyasi bəyanatlar artıq etikadan kənara çıxmışdır. Artıq belə adamlara dur deməyin vaxtı çoxdan çatmışdır. Bu illər ərzində isə dünya dəyişsədə biz dəyişməz qaldıq. Bizim başlıca məqsədimiz dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqlayıcı tədbirlərimizi davam etdirmək, fəal xarici sülh siyasətinin yürütməklə Azərbaycanımızın iqtisadi, siyasi və mədəni inkişafıdır. Quliyeva Sevda, Nəsimi rayonu İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Geri dön |