Ana Sayfa > Seçki 2024 > Nəsimi rayonu Cavadxan küçəsi 26,30 saylı ünvanlarda abadlıq-quruculuq işləri davam edir

Nəsimi rayonu Cavadxan küçəsi 26,30 saylı ünvanlarda abadlıq-quruculuq işləri davam edir


26-07-2023, 15:24. Yazar: sevinc1
Nəsimi rayonu Cavadxan küçəsi 26,30 saylı ünvanlarda abadlıq-quruculuq işləri davam edir

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Hazırlanmış “Abad həyət” layihəsinə uyğun olaraq Nəsimi rayonu Cavadxan küçəsi 26, 30 saylı ünvanda yerləşən ümumi yaşayış binalarında və onları əhatə edən həyətyanı sahədə abadlıq-quruculuq işləri davam edir.
Həyətdə kök üstdə qurumuş ağaclar təmizlənərək ərazidən çıxarılıb, budanma təmizlik işləri aparılıb.
Nəzərdə tutulmuş işlər çərçivəsində ümumi yaşayış binalarının fasadında və dam örtüyündə əsaslı təmir işlərinə başlanılıb. Qeyd edək ki, binalarda yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi, giriş bloklarının qapı və pəncərələrinin yeniləri ilə əvəz olunması eyni zamanda həyətdə torpaq işləri və yeni tamet-bardur daşlarının vurulması işləri aparılır.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar və müxtəlif növ uşaq-oyun elementlərinin, idman qurğularının quraşdırılması işlərinə başlanılıb.
Binaları əhatə edən sahədə yeni su və işıqlandırma sistemlərinin çəkilməsi, avtomobillərin saxlanılması üçün xüsusi yerlərin ayrılması, yeni asfalt örtüyünün və qazon örtüyünün vurulması işləri də nəzərdə tutulubdur.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.
Geri dön