Ana Sayfa > Özəl > İkinci Qarabağ müharibəsi başa çatandan bu günədək təxminən üç il keçib, biz getdikcə daha çox sayda birbaşa bəyanatlar eşidirik ki, Qarabağ Azərbaycanın ərazisidir

İkinci Qarabağ müharibəsi başa çatandan bu günədək təxminən üç il keçib, biz getdikcə daha çox sayda birbaşa bəyanatlar eşidirik ki, Qarabağ Azərbaycanın ərazisidir


25-07-2023, 23:54. Yazar: sevinc1
İkinci Qarabağ müharibəsi başa çatandan bu günədək təxminən üç il keçib, biz getdikcə daha çox sayda birbaşa bəyanatlar eşidirik ki, Qarabağ Azərbaycanın ərazisidir

Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında qeyd etdi ki, 3 il əvvəl Qarabağ Azərbaycan ərazisidir deyilsəydi, müharibə başlamazdı:
“İkinci Qarabağ müharibəsi başa çatandan bugünədək təxminən üç il keçib, biz getdikcə daha çox sayda birbaşa bəyanatlar eşidirik ki, Qarabağ Azərbaycanın ərazisidir. İşğal dövründə belə bəyanatlar olsaydı, çox güman ki, İkinci Qarabağ müharibəsi başlamazdı. Təəssüf ki, uzun illər - 28 il ərzində Minsk qrupu çərçivəsində gedən danışıqlar heç bir nəticə vermədi. Ümumiyyətlə, həll üçün hər hansı düstur ortaya qoyulmadı. O dövrdə çox ziddiyyətli, çox mücərrəd bəyanatlar verilirdi, bundan məqsəd münaqişənin dondurulması idi və bu, Azərbaycan üçün məqbul deyildi. Bəziləri çalışırdılar ki, bu münaqişəni dondursunlar, danışıqları sonsuz etsinlər və ictimai diplomatiya təşəbbüsləri ilə Azərbaycana müəyyən bir əməkdaşlıq təlqin olunsun. Beləliklə, biz Ermənistanla biznes qurmağa, münasibətlərin yaxşılaşmasına məcbur olaq və guya ki, münaqişə gələcək nəsillər tərəfindən həll edilməlidir”.
Prezident əslində bununla İkinci Qarabağ müharibəsinin bütün dağıntılarına, baş verən fəlakətlərə görə məsuliyyətin Ermənistanın və onun havadarların üzərində olduğunu göstərdi. Yəni zamanında Qarabağ Azərbaycandır desəydilər, bu qədər fəlakət baş verməzdi. İkincisi, Prezident bununla beynəlxalq vasitəçilərin bu illərdəki ikili standart, ikiüzlü siyasətinə dair yeni faktlar ortaya qoydu ki, onlar hansı mexanizmlə işləmək istəyirdilər. Zaman keçsin sonra məsələlər həll olunsun və s.
Dövlət başçısının Şuşada səsləndirdiyi bəyanatlar reallığı əks etdirir. Azərbaycan və Ermənistan arasında münasibətlərdəki problemlərin perspektiv həlli ilə bağlı problemlərin həlli baxımından, o cümlədən bölgədə sülh və sabitliyin nəhayət ki, bərpa olması ilə əlaqədar qeydləri reallığa söykənir. Həmçinin ciddi əhəmiyyət kəsb edir. Prezident münaqişənin 28 il ərzində diplomatik danışıqlar yolu ilə öz həllinin tapmamasına görə məsuliyyəti Ermənistan dövlətinin üzərinə qoydu. Eyni zamanda, bu məsuliyyəti onların siyasətinə havadarlıq edən bəlli dairələrin üzərinə qoymaqla bu gün onları nəhayət ki, bölgədəki yeni geosiyasi reallıqları nəzərə almaqla fərqli mövqe sərgiləməyə çağırdı. Münaqişə tərəfləri arasında yekun sülh müqaviləsi imzalanmayacağı təqdirdə, bunun bölgə üçün necə ciddi təhlükə təşkil etdiyini bəyan etdi. Sülhün olmaması bir sıra böyük layihələrin həyata keçirilməsinə mənfi təsir edir və yaxud da onlar üçün təhdid yaradır. Prezident Əliyev bütün bu problemlərin həlli məqsədilə münaqişə tərəfi olan Ermənistana, habelə bölgədə dayanıqlı sülh və sabitliyin bəqrərar olmasında maraqlı olan geosiyasi güc mərkəzlərinə ilin sonuna qədər müddətin olması amilini xatırlatdı.
Ölkə başçısı bunu xatırlatmaqla, danışıqlar ətrafinda daha çevik və dinamik mövqe sərgiləməyə çagirmaqla, sözdən əmələ keçməyin nəhayət ki,vaxtının yetişdiyini onların diqqətinə çatdırdı. Prezident "nə sülh, nə də müharibə" mövqeyinin, münaqişə ətrafında status-kvonun saxlanılmasının bugünkü Ermənistan üçün artiq məqbul olmadığını qeyd etdi. Prezident bunu xatırlatmaqla göstərdi ki, Azərbaycan uzun müddət bu vəziyyətlə barışmayacaq. Yəni zərurət yetişəcəyi təqdirdə dövlətimiz beynəlxalq hüquqdan çıxış edərək daha qətiyyətli addımlar atacaq. Münaqişənin tam mənada öz həllini tapması ilə əlaqədar Azərbaycan tərəfinin irəli sürdüyü 5 məlum şərtin quvvədə olması ilə bağlı məlum prinsipləri xatirlatmaqla, ölkəmizin bu yoldan dönməyəcəyini qeyd etdi. Eyni zamanda danışıqlarda vasitəçilik edən tərəflərlə əməkdaşlığı genişləndirməyə hazır olmasını xatırlatmaqla, Prezident Ermənistanı problemin həllinə töhfə verəcək mövqe sərgiləməyə çağırdı.

Mayil Əliyev
YAP Cəbrayıl rayon Təşkilatının partiya fəalı
Geri dön