Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-3 > Aqiyə Naxçıvanlı: "Azərbaycan Cənubi Qafqazda sülühn və sabitliyin qorunması üçün ən böyük səlahiyyətlərə sahibdir"
Aqiyə Naxçıvanlı: "Azərbaycan Cənubi Qafqazda sülühn və sabitliyin qorunması üçün ən böyük səlahiyyətlərə sahibdir"22-07-2023, 14:36. Yazar: sevinc1 |
“Ölkə Prezidenti cənab İlham Əliyev Milli Mətbuatımızın 148-ci ildönümünün qeyd olunduğu gün təkcə mətbuat və KİV sahəsində çalışan insanlara deyil, bütün xalqa, hər birimizə növbəti dəfə qürur hissi yaşamaq imkanı verdi. İyulun 21-də Qlobal Media Forumunun Şuşa şəhərində keçirilməsi birbaşa dövlət başçısının Milli Mətbuatımıza verdiyi önəmin, göstərdiyi diqqət və qayğının təzahürüdür. Forumda etdiyi çıxışında dövlət başçısı Şuşa Qlobal Media Forumunun bizim ölkəmiz və Qarabağ bölgəsi üçün çox möhtəşəm bir tədbir olduğunu qeyd etdi. Eyni zamanda Şuşa ölkənin həm strateji, həm siyasi və həm də mənəvi cəhətdən xüsusi önəm kəsb edən mühüm bir şəhəri, Azərbaycanın rəsmi Mədəniyyət Paytaxtı və ən əsası, bizim qələbəmizin rəmzidir. May ayının 10-da Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə məhz Şuşa şəhərindən xalqa müraciət etməsi də bütün Qafqazın incisinə verilən yüksək dəyərin göstəricisidir. Şanlı Azərbaycan Ordusu 2020-ci il 8 noyabr tarixində alınmaz qala hesab edilən Şuşa şəhərini erməni işğalçılarından azad etməklə Vətən müharibəsində tarixi Qələbəmizi təmin etdi. Şuşanın alınması ilə Azərbaycan xalqının torpaqlarımızı azad etmək uğrunda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə apardığı Vətən müharibəsində faktiki olaraq son nöqtə qoyuldu.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib. Həmçinin deputat 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Müttəfiqlik münasibətləri haqqında bəyanatın imzalanması mərasiminin Şuşada keçirilməsinin də daha bir mühüm tarixi hadisə olduğunu vurğulayaraq bunları deyib: “Şuşa Bəyannaməsi imzalandığı qədim şəhərimizin beynəlxalq nüfuzunu bir qədər də yüksəltdi. Həmçinin Qarabağın ən strateji əhəmiyyətli məkanı olan Şuşada imzalanan bəyanat Türkiyə və Azərbaycan arasında olan sarsılmaz və əbədi qardaşlığı bütün dünyaya bildirən bir mesaj oldu. Bu tarixi sənədin imzalanması ilə iki qardaş ölkə, iki qardaş xalq arasında tarixi münasibətlərin yeni mərhələsinin əsası qoyuldu. Bununla belə, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin getdikcə dərinləşməsinə bilavasitə Azərbaycan və Türkiyə Prezidentlərinin arasında olan şəxsi dostluq əlaqələrinin misilsiz töhfələr veridiyi də bu gün heç kim üçün sirr deyil. Öz çıxışında möhtərəm dövlət başçımız da bildirdi ki, bu dostluq artıq təkcə regionda deyil, bütün dünyada məlum olan və eyni zamanda da regional inkişaf və sabitlik baxımından çox mühüm bir faktordur. Türkiyə və Azərbaycanın dövlət başçılarının apardıqları birgə fəaliyyət bölgədə sülhün və sabitliyin təmin olunması baxımından çox böyük önəm daşıyır.” Daha sonra A.Naxçıvanlı Prezident İlham Əliyevin çıxışında Ermənistanla münasibətlər və sülh sazişinin imzalanması ilə bağlı təqdim olunan açıqlamaların əhəmiyyətini xüsusi qeyd edib: “Azərbaycan istər işğal illərində, istər 44 günlük Vətən Müharibəsinin gedişində, istərsə də postmünaqişə dövründə hər zaman beynəlxalq hüququn gözlənilməsini, onun müddəalarına əməl olunmasını təşviq edib. Bu gün də qalib Azərbaycan Cənubi Qafqazda regional sabitliyə və inkişafa nail olmaq üçün Ermənistanla münasibətlərin yaxşılaşdırılmasının zəruriliyini bəyan edir. Aydındır ki, bu sabitliyə də, bu inkişafa da hazırda Ermənistanın Azərbaycandan da, digər region ölkələrindən də daha çox ehtiyacı var. Bəlkə də məhz elə bunun nəticəsidir ki, cənab Prezident İlham Əliyevin dediyi kimi, Qarabağ müharibəsindən sonra keçən, təxminən üç ilə yaxın müddət ərzində məhz son dövrlərdə Ermənistan tərəfindən Qarabağın Azərbaycanın bir hissəsi olmasına dair birbaşa bəyanatlar səsləndirilir. Əlbəttə ki, belə bəyanatların artıq kağız üzərində imzalanaraq təsdiqlənməsinin vaxtıdır. İkinci bir tərəfdən də bu gün Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsi həm də Avropa İttifaqının maraqlarına cavab verir. Daha dəqiq desək özünün enerji təhlükəsiliyinin təmin olunmasında Azərbaycanın əhəmiyyətli rolunu düzgün qiymətləndirən Aİ sülh sazişinin məhz ölkəmizin irəli sürdüyü prinsiplər əsasında, beynəlxalq hüquqa uyğun qaydada hazırlanmasının haqlı tələb olduğunu təsdiq edir. Bu gün bir sıra beynəlxalq təşkilatlar da məhz bu səbəbdən Azərbaycan və Ermənistana qarşılıqlı qəbul olunacaq həlli tapmaqda yardım etməyə çalışırlar. Bütün bunlar göstərir ki, Cənubi Qafqazda sülh və əminamanlıq artıq qlobal əhəmiyyətli bir məsələ olduğu kimi, bu kriterilərin qorunması da ilk növbədə məhz Azərbaycanın nəzarətindədir”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb. Geri dön |